Erməni həkim yaralı əsgərdən də rüşvət alır
Tarix: 12.08.2016 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Ermənilərin canına, qanına hopmuş və xarakterinə xas olan satqınçılıq, xəyanətkarlıq, ikiüzlülük, arsızlıq, məkr və hiylə bu gün erməni millətinin milli mentalitetinin - erməni kələkbazlığının göstəricilərinə çevrilib. Hələ uzun əsrlər bundan əvvəl qədim Roma tarixçisi Tasit Korneli də ermənilərin ikiüzlü və riyakarlığı barədə xəbərdarlıq etmişdi.
Bu millət vətənpərvərlik anlayışından xalidir. Erməni xislətinə yaxından bələd olan ingilis səyyahlarından biri, bu millətin acgöz və tamahkarlığı, fitnəkar və araqarışdıranlıqları barədə gələcək nəsillərə xəbərdarlıq edirdi.

ABŞ diplomatı Ceyms Barton isə bu xalqın “xüsusi” bir xalq olduğunu, harada olurlarsa-olsunlar, ünsiyyətdə olduqları adamların əksəriyyətinin xoşuna gəlmək qabiliyyətinə malik olduqlarını bildirərkən, bu “qabiliyyətin” arxasında nələrin dayandığını da sonralar etiraf etmək məcburiyyətində qalmışdı. Deyildiyi kimi, vətənpərvərlikdən xali olan bu millət üçün ən önəmlisi başqasının hesabına varlanmaqdır. Ermənistanın “Aykakan jamanak” nəşrində dərc edilən bir materialda deyilir ki, aprel döyüşləri zamanı yaralanan və hazırda Almaniyada müalicə alan erməni əsgəri öz millətindən olan həkimin rüşvətxorluğu ilə üzləşib. Yaralı əsgər Ruben Arakelyanın anası Ruzanna Melkonyanın sözlərinə görə, milliyyətcə erməni olan həkim müxtəlif bəhanələrlə onlardan külli miqdarda pul mənimsəyib. Rubenə onurğa sınığı diaqnozu qoyan erməni həkim müalicənin böyük vəsait tələb etdiyini bildirib. Melkonyan, sonradan bu diaqnozun doğru olmadığının başqa həkimlər tərəfində müəyyən edildiyini bildirib. Erməni mənbələrinin verdiyi məlumata görə, hazırda erməni həkimə qarşı cinayət işi qaldırılıb. Ermənistanın özündə isə ictimai-siyasi vəziyyət hələ də gərgin olaraq qalır. İrəvanın mərkəzində istefa şüarları səslənir. Post-patrul alayının binasına hücum etmiş silahlı qrupa dəstək mitinqləri davam edir. Yerevan məhkəməsinin qarşısında toplaşan etirazçılar və həbs olunanların ailə üzvləri üsyançıların sərbəst buraxılmasını tələb edirlər. “Təsis parlamenti”nin bir qrup üzvü isə mərkəzi meydana toplaşıb. Onlar prezident başda olmaqla hökuməti istefaya səsləyiblər. İctimai fəal Alek Eniqomşyan “Təsis parlamenti”nin rəhbəri, hazırda isə həbsdə olan Jirayr Səfilayanla görüşdüklərini bildirib. O qeyd edib ki, Jiray Selfiyan Serj Sərkisyanın istefasını tələb edir. Əks təqdirdə ölkədə yenidən silahlı üsyana başlayacaqlar. Bu açıqlamadan sonra İrəvan polisi gücləndirilmiş iş rejiminə keçib. Şəhərə giriş-çıxışlarda postlar qurulub. Polis isə hər hansı insident baş verəcəyi təqdirdə qarşısının zor gücünə alınacağını bildirib. Paytaxtda davam edən aksiyalara son günlər regionlardan da dəstək gəlməyə başlayıb. Bir neçə rayon mərkəzində insanlar küçə və meydanlara çıxaraq hakimiyyətə qarşı etiraz səslərini ucaldıblar. Ekspertlərin fikrincə, qiyamçı qüvvələrə dəstək həm də sosial vəziyyətin ağırlığından qaynaqlanır. İstənilən növ etiraz forması sadə vətəndaşların ürəyindən xəbər verir, çünki Ermənistanda gündən-günə ağırlaşan iqtisadi vəziyyət heç kimdə gələcəyə inam qoymayıb. Əhali yeganə çıxış yolunu tezliklə mövcud hakimiyyətlə vidalaşmaqda görür.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info