Çin səfiri Naxçıvana gedib
Tarix: 12.08.2016 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə muxtar respublikada elm və təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısından, qazanılan uğurlardan danışıb, universitetin strukturu, müxtəlif ixtisaslar üzrə kadr hazırlığı haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, çoxşaxəli beynəlxalq əməkdaşlığa malik, bir sıra beynəlxalq layihələrin iştirakçısı olan universitet dünya təhsil sisteminin ən son nailiyyətlərindən uğurla bəhrələnməkdədir. Tələbə mobilliyinin inkişaf etdirilməsi, distant təhsilin, müasir tədris üsullarının, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi diqqət mərkəzindədir. Tədris işləri üzrə prorektor universitet kampusunu gəzib tədrisin keyfiyyəti ilə tanış olan səfr Vey Cinhuanın suallarını cavablandırıb, universitetin prioritet inkişaf hədəflərindən danışıb. Çin Xalq Respublikasının diplomatik təmsilçisi universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində müasir elektron təhsil şəbəkəsinin idarə olunması, universitetin bütün binalarının şəbəkə fiber optik kabellə birləşdirilməsi, kamera-nəzarət sisteminin fəaliyyəti ilə tanış olub. Media mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, Universitet Televiziyasında videodərslərn xüsusi proqram vasitəsilə “HD” formatda çəkilib yaddaşa yazılması, universitetin internet portalındakı elektron mühazirə bölməsində yerləşdirilməsi prosesi barədə qonağa məlumat verilib. Universitet Televiziyasına müsahibə verən beynəlxalq diplomat ikitərəfli əlaqələrin inkişafında elm və təhsil sahəsində tərəfdaşlığın mühüm rol oynadığını vurğulayıb, Naxçıvan Dövlət Universiteti ilə bağlı xoş təəssüratlarını bölüşüb. Elmi kitabxananın elektron kataloq-kartoteka sistemi, elektron kataloq köşkü və İnternet mərkəzinin fəaliyyəti ilə tanışlıq da qonaqda maraq doğurub. Görüşdə universitetlərarası əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılıb.
Mehriban Sultan




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info