Azərbaycanda proqnozlaşdırılan orta ömür həddi 73 ildir və bu göstəriciyə görə postsovet ölkələri arasında üçüncüdür. Ümumdünya Səhiyyə Təşkilatının Avropada səhiyyənin vəziyyətinə dair yeni hesabatında bildirilir ki, Estoniya (75 il) və Gürcüstan (74 il) göstəricilərinə görə daha ön sıradadırlar.
Avropa üzrə bu rəqəm 76 il təşkil edir. Postsovet ölkələrindən Litva və Latviya 72 yaş, Belarus və Ukrayna 71 yaş göstəricisi ilə siyahının sonrakı sıralarını tuturlar. 70 yaş göstəricisinə malik Rusiya, Qazaxıstan və Qırğızıstan isə siyahıda daha arxa sıradadırlar.
|