Sənayedə işləyənlərin orta aylıq əmək haqqı 16% artıb
Tarix: 15.08.2016 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 190,5 min nəfər təşkil edib. 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 34,0 min nəfəri mədənçıxarma, 100,3 min nəfəri emal, 26,8 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 29,4 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb. 
Yanvar-iyun aylarında sənayedə işləyənlərin orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,0% artaraq 888,8 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 33,9%, emal sənayesində 5,4% artıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1,0%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,9% azalıb. 
Mədənçıxarma sənayesində artımın əsas səbəbi xarici investisiyalı müəssisələrdə çalışan əcnəbi işçilərə verilən əmək haqlarının devalvasiya ilə əlaqədar milli valyuta ekvivalentində artmasıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb
18.07.2019
Abşeron rayonundakı 15 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib
18.07.2019
Pomidorun qiyməti bir həftəyə ucuzlaşacaq
18.07.2019
EKVİTA şirkətinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinin Azərbaycan-Fransa və Azərbaycan-İtaliya Ticarət Palataları ilə görüşü keçirilib
18.07.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info