Hər üç 700 bal toplayan tələbə BANM-i seçdi
Tarix: 15.08.2016 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


2016/2017-cı tədris ili üçün I ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayan üç tələbənin hər üçü Bakı Ali Neft Məktəbini (BANM) seçiblər.
I ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən Tural Ağayev, Rəvan Nəzərəliyev və Nadir Sultanlı Bakı Ali Neft Məktəbini seçərək, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə ali təhsillərini davam etdirəcəklər. Qeyd edək ki, Tural Ağayev Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur, əslən Zəngilan rayonundandır. Turalın anası evdar qadın, atası isə fəhlədir.
Rəvan Nəzərəliyev Xırdalandakı 5 saylı tam orta məktəbi bitirib. Rəvanın atası maşın ustası, anası riyaziyyat müəlliməsidir.  Həmçinin, onu qeyd etmək lazımdır ki, Rəvan ailədə yüksək bal toplayan ilk uşaq deyil. Digər qardaşları Rəşad Nəzrəliyev 2013/2014-cü tədris ili üzrə keçirilən qəbul imtahanında 677 bal toplayaraq və bu ilki qəbul imtahanında isə Nurlan Nəzərəliyev 685 bal toplayaraq BANM-ə qəbul olublar.
Nadir Sultanlı Ankara məktəb-liseyinin məzunudur. Nadirin anası evdar qadındır, atası isə BP-də işləyir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info