Fərdi uçot sistemində qeydiyyatda olanların sayı artıb
Tarix: 15.08.2016 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlara fərdi hesablarında pensiya kapitalı toplamalarına, bununla da öz gələcək etibarlı pensiya təminatında fəal iştirak etməyə imkan yaradır. Bunun nəticəsi olaraq sistemdə qeydiyyata alınanların sayı artmaqda davam edir.
Belə ki, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı cari ilin iyul ayında 13 522 nəfər, yanvar-iyul aylarında isə 112 517 nəfər artaraq 3 292 671 nəfərə çatıb. Onlardan 674 176 nəfərini (20,4 faiz) 30 yaşa qədər olanlar, 833 656 nəfərini (25,3 faiz) 30-40 yaşlarında olanlar təşkil edir. Həmçinin sığortaolunanların 661 802 nəfəri (20,1 faiz) 40-50 yaşlarında olanlar, 695 393 nəfəri (21,1 faiz) 50-60 yaşlarında olanlar, digərləri isə 60 yaşdan yuxarı olanlardır.
Hər bir sığortaolunan fərdi uçot sistemində uçota alınaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın Dövlət Sosial Müdafiə Fondunda uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiq edən sosial sığorta şəhadətnaməsi də rəsmiləşdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətindən istifadə etməklə, vətəndaşlar fərdi hesablarında toplanan pensiya kapitallarına mütəmadi şəkildə nəzarət edə bilirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info