Fiziki imkanları məhdud uşaq və gənclərlə bağlı yeni layihəyə başlanılıb
Tarix: 15.08.2016 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan "İrəliyə doğru bir addım" adlı layihədə fiziki imkanları məhdud uşaq, yeniyetmə və gənclərin istirahətinin səmərəli təşkili ilə yanaşı, onların kompüter bacarıqlarının inkişafı (bəzi şəxslərə evlərdə) nəzərdə tutulub. Bu barədə Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin Mətbuat xidmətindən məlumat verilib.
Layihənin məqsədi fiziki imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların digər yaşıdları ilə bərabər şəkildə imkan və potensialını üzə çıxarmalarına stimul verməkdir.  İştirakçılara kompüterdən istifadə bacarıqları ilə yanaşı,  psixoloji xidmətlər də göstəriləcək.
Layihə çərçivəsində əlil uşaq, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili və ətrafdakı insanlarla ünsiyyətin qurulmasında ruh yüksəkliyinin artırılması üçün  Nabrana (26-29 avqust tarixlərində) 3 günlük tur təşkil ediləcək. Tur çərçivəsində intellektual yarışmalar, motivasiya xarakterli əyləncəli oyunlar keçiriləcək. 
Qeyd edək ki, layihə avqustun 1-dən noyabrın 1-ə qədər davam edəcək. 

Fuad








 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info