Fitosanitar nəzarətin yeni modelinin tətbiqi büdcədənkənar daxilolmaları artırıb
Tarix: 15.08.2016 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Yeni modelin formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə büdcədənkənar daxilolmalar 1732 min manat təşkil edib ki, bu da 2015-ci ildə daxil olmuş vəsaitdən 1,7 dəfə çoxdur

Kənd Təsərrüfatı Nazirliyində Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bu ilin birinci yarısında fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Nazirlikdən verilən məlumata görə, kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, bu il iyul ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında aqrar sahədə institusional islahatların davam etdirilməsi ilə yanaşı, ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsi bir vəzifə kimi qarşıya qoyulub. Nazir dövlət başçısı tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsində, o cümlədən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən də görülməli olan işlər barədə danışaraq, ölkədə fitosanitar sabitliyin qorunması, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə genişmiqyaslı təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, fitosanitar nəzarətin yeni modelinin formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə büdcədənkənar daxilolmalar 1732 min manat təşkil edib ki, bu da 2015-ci ildə daxil olmuş vəsaitdən 1,7 dəfə, 2007-2013-cü illərdə ümumilikdə daxil olmuş vəsaitdən isə 1,3 dəfə çoxdur. 2016-cı ilin ötən altı ayı ərzində Dövlət Xidmətinin yerli qurumları tərəfindən bitkiçilik məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 9 halda karantin tətbiq edilən zərərli orqanizmlər və 78 halda nizamlanan zərərli orqanizmlər aşkar edilib, zərərli orqanizmlər müəyyən edildiyinə görə 48 ton kartof ixracatçı ölkəyə geri qaytarılıb, 971 ton ərzaqlıq qarğıdalı xüsusi aqreqatlar vasitəsi ilə təmizləndikdən sonra istifadəsinə icazə verilib, təxminən 97 min ton yük, 1 mln 470 min m3 taxta materialı, obyekt və boş anbar sahəsi zərərsizləşdirilib, 90 tona yaxın məhsul dövriyyədən çıxarılaraq məhv edilib. (2004-2014-cü illərdə Dövlət Xidmətinin qurumları tərəfindən məhv edilən bitkiçilik məhsullarının ümumi çəkisi cəmi  2,5 ton olub).
Respublika ərazisində ilk dəfə 2014-cü ildən başlayaraq karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə beynəlxalq standartın tələbinə uyğun hazırlanmış təcrid və ləğvedici tədbirlər üzrə milli proqramlar uğurla davam etdirilir. Təkcə kartof güvəsinə qarşı respublikanın qərb və cənub bölgələrində həyata keçirilən təcrid və ləğvedici tədbirlər nəticəsində kartof güvəsinin vurduğu itkinin miqdarı 90%-ə qədər azalıb. Ultrakiçik həcmli və digər müasir çiləyici aqreqatların hesabına pestisidlərlə işləmələrin texnoloji prosesi təkmilləşdirilib, mübarizə tədbirlərinin səmərəliliyi və gündəlik iş həcmi dəfələrlə artıb. İnsan sağlamlığının, flora və faunanın qorunması sahəsində bütün mübarizə üsullarının (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir tədbirlər genişləndirilib, Şəki-Zaqatala bölgəsində taxıl sahələrinin, Gəncə-Qazax bölgəsində üzüm bağlarının və kartof sahələrinin inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanaraq, fermerlərə və torpaq mülkiyyətçilərinə təqdim edilib. Bu istiqamətdə maarifləndirmə işləri davam etdirilir.
Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq 2015-ci ildə qabaqcıl beynəlxalq təcrübədə ən səmərəli vasitələrdən biri kimi qəbul edilən bioloji mübarizə üsulu əsasında bitki mühafizəsi sahəsində iqtisadi və sosial səmərənin təmin edilməsi üçün Dövlət Xidmətinin Abşeron rayonlararası Bioloji laboratoriyasında trixoqrammanın istehsalı bərpa edilib. İmişli rayonunda fəaliyyət göstərən "MKT İK” MMC-yə məxsus 300 hektar əkin sahəsində isə bioloji mübarizənin tətbiqi uğurla həyata keçirilib, pestisidlərin tətbiqindən tam imtina edilib, nəticədə məhsulun maya dəyərinin azaldılması ilə yanaşı aqrobiosenozlarda mövcud olan "bitki-fitofaq-entomofaq" sistemi qorunub saxlanılıb. Cari ildə də bioloji mübarizə tədbirləri davam etdirilir.
Kollegiya iclasında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin ayrı-ayrı qurumlarının fəaliyyətində yol verilmiş nöqsanlar da geniş müzakirə olunub. Qeyd edilib ki,  Bakı-Abşeron, Gəncə,  Xaçmaz, Kürdəmir, Yevlax, Tovuz, Biləsuvar rayonlararası bitkilərin karantini məntəqələri tərəfindən fitosanitar tədbirlərinin aparılmasında ciddi nöqsanlara yol verilib, karantin nəzarətində olan yüklərə fitosanitar karantin baxışının keçirilməsi qaydaları pozulub. Məntəqələrin rəhbərləri mövcud nöqsanların aradan qaldırılmasını vaxtında təmin etməyib və mənşəyi məlum olmayan kənd təsərrüfatı məhsullarının tranzitinə, eləcə də ölkə daxilində dövriyyəsinə məqsədyönlü şəkildə şərait yaradıblar. Hətta bəzi hallarda sahibkarlara kömək adı ilə ayrı-ayrı işbazlarla əlbir olaraq onların qeyri-qanuni fəaliyyətlərinə də şərait yaratmağa cəhdlər göstəriblər.
Dövlət Xidməti tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində müşahidə olunan qanunsuz əməllərin qarşısı əksər hallarda alınsa da, nöqsanların tamamilə aradan qaldırılması üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac duyulur.
Ağdam, Ağstafa, Ağcabədi, Ağdaş, Qazax, Bərdə, Goranboy, Lerik, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qəbələ, Siyəzən və Şəmkir rayonlarında bitki mühafizəsi tədbirlərinin və fitosanitar nəzarətin səviyyəsi aşağı olub. Bitki mühafizə mərkəzləri tərəfindən siçanabənzər gəmiricilərə qarşı uçot və müşahidə işlərinin müəyyən edilmiş metodikaya uyğun aparılmaması, zərərvericinin populyasiyası barədə dəqiq və vaxtında məlumatın verilməməsi, habelə mübarizə üsullarının düzgün təşkil edilməməsi tədbirlərin səmərəliliyini azaldıb. Göstərilən rayonlarda xarab olmuş və əhalinin sağlamlığına təhlükə yarada bilən kənd təsərrüfatı məhsullarının aşkar edilib zərərsizləşdirilməsi sahəsində də təsirli tədbirlər görülmür.
Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara görə Bakı-Abşeron rayonlararası bitkilərin karantini məntəqəsinin müdiri və əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiklərinə görə həmin məntəqənin 3 nəfər aparıcı müfəttişi vəzifələrindən azad edilib, 6 nəfər rayonlararası bitkilərin karantini məntəqəsinin müdirinə və 3 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 12 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə töhmət verilib, 10 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə isə xəbərdarlıq edilib.
 
Kollegiyada Dövlət Fitosanitar Nəzarəti Xidmətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib. Kollegiyaya yekun vuran H. Əsədov Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, ölkədə fitosanitar vəziyyətin sabitliyinə nəzarətin gücləndirilməsi, kadr hazırlığının səviyyəsinin yaxşılaşdırılması, şəffaflığın və hesabatlılığın daha da artırılması məqsədi ilə konkret  tapşırıqlar verib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info