Almaniya Avropa İttifaqı ilə Rusiyanın yaxınlaşmasını istəyir
Tarix: 15.08.2016 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Ştaynmayer:
“Biz bir yerdə işləyərək Ukrayna və Suriya məsələlərində də əməkdaşlıq üçün ümumi bir yol tapmağa çalışmalıyıq”

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Rusiya ilə Avropa İttifaqı arasında yaxınlaşmanı istədiyini etiraf edib. Onun sözlərinə görə, Qərbin bir çox siyasətçiləri hazırda Rusiyanın Avropa İttifaqı ilə yaxınlaşmasının vacibliyi barədə fikirlər səsləndirir: “Mən bu insanların istəyinə hörmətlə yanaşıram”.
Qeyd edək ki, nazir bu fikirləri Ural Federal Universitetində mühazirə oxuyarkən bəyan edib. Hazırda Rusiya ilə Qərb arasında heç bir müxalifətin mövcud olmadığını etiraf edən nazir, tərəflərin bir sıra məsələlərdə birgə işləyə biləcəklərini də istisna etməyib: “Biz bir yerdə işləyərək Ukrayna və Suriya məsələlərində də əməkdaşlıq üçün ümumi bir yol tapmağa çalışmalıyıq”. Xatırladaq ki, Yekaterinburqa səfər edən alman nazir bu şəhərdə açılan rus-alman yay məktəbinin açılışında iştirak etməklə yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşərək Krım və Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

“La Stampa”:
“Rusiyanın Ukrayna siyasəti, Suriya əməliyyatları və Türkiyə ilə barışıq nümayiş etdirməsi Putinin yeni beynəlxalq nizam yaratmasından xəbər verir”


Yeri gəlmişkən, qeyd edək ki, “La Stampa” nəşri Rusyianın ABŞ-ın dünya arenasındakı təsirini azaltmaq üçün yeni beynəlxalq nizam yaratması barədə məqalə yayımlayıb. Nəşrin yazdığına görə, Rusiyanın Ukrayna siyasəti, Suriya əməliyyatları və Türkiyə ilə barışıq nümayiş etdirməsi Vladimir Putinin yeni beynəlxalq nizam yaratmasından xəbər verir. Rusiyanın xarici siyasətindəki fəaliyyətini təhlil edən nəşr Putinin belə bir addımını Amerika Birləşmiş Ştatlarının təsirinin azaltmağa hesablandığını iddia edir. Qərbin son vəziyyətinə diqqət çəkən nəşr yazır ki, hazırda Qərb ölkələri iqtisadiyyatlarının zəifləməsi, miqrasiya və terrorizm kimi problemlərdən əziyyət çəkirlər. Nəşr problemlərə misal kimi Böyük Britaniyadakı “Brexit” referendumunu göstərir. “La Stampa”dakı məqalə müəllifinin fikrincə, bütün bunlardan fərqli olaraq, Rusiya bir çox ölkələrlə imtiyazlı münasibətlər sistemi yaradır. Bu sistem Qərbdən fərqli siyasi bir modeldir. Bunu reallaşdırmaq üçün Moskva bir sıra vasitələrdən - enerji sərmayələrindən, hərbi və xüsusən də “yumşaq güc”dən istifadə edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info