“Ermənistan Qərb üçün tərəfdaş deyil-sadəcə faktor və alətdir”
Tarix: 15.08.2016 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


“Bu gün və bundan sonrakı uzun müddət üçün Qərbin Cənubi Qafqazdakı əsas tərəfdaşı Azərbaycan olacaq”
Son proseslər də göstərir ki, Ermənistan dövləti siyasi cəhətdən dalana dirənib. Müstəqil siyasət həyata keçirə bilməməsi rəsmi İrəvanın çıxılmaz vəziyyətə düşməsinə səbəb olub. Erməni ekspert İqor Muradyan “Lragir”ə bildirib ki, Ermənistan absurd siyasətin kulminasiya nöqtəsinə çatıb.
Onun fikrincə, Ermənistan Rusiyanın maraqlarının əsirinə çevrilib. Bu siyasətin nəticəsi olaraq rəsmi İrəvan NATO və ABŞ-ın rəqiblərin sırasında yer alır. Muradyan hesab edir ki, Ermənistanın heç də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması Qərbi narazı salmayıb. Əslində Qərbin siyasi maraqlarına toxunan ən böyük məsələ Ermənistanın tam halda Rusiyanın vassalına çevrilməsidir: “ABŞ Konqresinin “Şərq Tərəfdaşlığı” ölkələri ilə münasibətləri genişləndirməklə bağlı hesabatında Ermənistanın adı çəkilmir. Bu isə təsadüfü deyil”. Ekspert regionda ciddi siyasi proseslərin həyata keçirildiyini və Türkiyə, İran və Rusiya istiqamətində fəallaşmanın səbəbsiz olmadığı qənaətindədir: “Burada əsas məsələ Türkiyə və Rusiyanın maraqlarının toqquşmasına nail olmaq idi ki, onların təsir dairəsindən “azad məkan” formalaşsın. Amma buna istənilən səviyyədə nail olunmadı”. Muradyana görə Gürcüstan öz xarici siyasətini Qərblə uyğun qurub və regionda həyata keçirdiyi siyasət də bu konfiqurasiyaya hesablanıb. Onun fikrincə, Azərbaycan dövləti də Qərbin, Türkiyənin dəstəyini alır. Ekspertə görə, Ermənistanın vəziyyəti tam fərqlidir. Belə ki, Ermənistanda yerləşən Rusiya hərbi bazası Türkiyənin təsirini azaltmaq baxımından Qərbin maraqlarına uyğundur. Ermənistanın vassallaşmasının ağırlaşması bu reallığı dəyişmir: “Ermənistan məlum 3 sentyabr aktını biabırçı şəkildə, öz xoşu ilə imzalamadı. İrəvan bu qərarı suveren şəkildə özü verməmişdi. Amma baş verən siyasi dəyişikliklər Ermənistanı NATO ilə əməkdaşlığı genişləndirməyə vadar edir. Amma Rusiya buna imkan verməyərək, İrəvanın alyansla hansısa formada əməkdaşlıq imkanlarının üstündən xətt çəkir. Əlbəttə ABŞ, Qərb Ermənistana təkcə Türkiyə təsirinə qarşı olan subyekt kimi baxmırlar, eləcə də Rusiyaya qarşı təzyiq üçün də istifadə etməyi planlaşdırırlar. Qərb Türkiyə ilə Ermənistanın münasibətlərini “nizamlamağa” çalışaraq onun Qərb istiqamətindəki yolunu açmaq istəyir. Burada Qarabağ məsələsindən də təzyiq üçün istifadə edilir. 3 sentyabra qədər situasiya bir qədər fərqli idi. Qərb dəmir yolunun Abxaziya istiqamətini açmağı planlaşdırırdı. Amma indi situasiya dəyişib və Qərb çətin ki, bunu yenidən etmək haqqında düşünür”. İqor Muradyan hesab edir ki, çətin vəziyyətə düşən Ermənistanın bir ümidi var- bəlkə ABŞ-la İran razılaşaraq Ermənistan üçün hansısa kommunikasiya imkanı yarada bilərlər. Rusiya da bunu çox gözəl başa düşür: “Bəs, bizi nə gəzləyir? Məqsəd sürətli şəkildə korrektə olunur və variantlar çoxdan hazırlanıb. Anlamaq lazımdır ki, bu gün və bundan sonrakı uzun müddət üçün ABŞ, NATO və Qərbin Cənubi Qafqazdakı əsas tərəfdaşı Azərbaycan olacaq. Ermənistan Qərb üçün tərəfdaş deyil-sadəcə faktor və alətdir. Oyun çox çətinləşib. Vəziyyət elədir ki, o qədər böyük olmayan oyunçular da öz oyunlarını oynayırlar. Amma bunun üçün vacib olan bir məsələ var-suverenlik”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info