“Türkiyəyə əməkdaşlıq üçün yeni format təklif olunmalıdır”
Tarix: 15.08.2016 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Avstriyanın federal kansleri Kristian Kern Avropa İttifaqına üzvlük danışıqlarının davam etdirilməsi əvəzinə Türkiyə ilə əməkdaşlığın digər formaları ətrafında müzakirələrə başlamağı təklif edib.
Avstriya Mətbuat Agentliyinə (APA) verdiyi müsahibəsində hökumət rəhbəri K.Kern bildirib ki, Aİ və Türkiyə iqtisadiyyat, təhlükəsilik və miqrasiya sahələrində əməkdaşlıq planı üzərində iş aparmalıdır. O deyib: “Üzvlük danışıqları fiksiyasından əl çəkmədikcə, biz əməkdaşlığın yeni formasını inkişaf etdirmək üçün yaranmış vaxtdan da yararlanmayacağıq”. K.Kernin fikrincə, danışıqlar prosesi sayəsində Türkiyəni Aİ-yə yaxınlaşdırmağın mümkünlüyünə dair hipotez özünü doğrultmayıb. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin rəsmi Ankara ilə danışıqların aparılmalı olduğunu, lakin Türkiyənin İttifaqa üzv qəbul edilməyəcəyinə aid fikirlərini tənqid edən C kansler bu məsələyə kifayət qədər aydınlıq gətirilməsinin vacibliyini bildirib. Mövcud qaçqın problemi ilə bağlı K.Kern vurğulayıb ki, Türkiyə Aİ ilə əldə edilmiş razılaşmanı qüvvədə saxlamaqda maraqlı tərəfdir. Federal kansler deyib: “Əgər bu razılaşma üzvlük danışıqları illuziyasından asılıdırsa, onda bu, həqiqətən də böyük problemdir”. Avstriyanın Türkiyədə baş verən çevriliş cəhdini qətiyyətlə pislədiyini vurğulayan K.Kern qiyamın törədilməsində günahkar hesab edilən Fətullah Gülənə qarşı heç bir rəğbət və anlayışla yanaşmadığını da qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info