Neftçala Rayon Mərkəzi Xəstəxanası yeni tibb şəhərciyində yerləşəcək
Tarix: 15.08.2016 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Prezidentin sərəncamına əsasən Neftçalada həyata keçirilən infrastruktur layihələr sırasında Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri mühüm yer tutur.
Ayrı-ayrı binalarda fəaliyyət göstərən Neftçala Rayon Mərkəzi Xəstəxanası yeni tibb şəhərciyində yerləşəcək. Ötən əsrin 70-ci illərində istifadəyə verilən səhiyyə müəssisəsində əsaslı təmir işləri aparılmadığından tibb ocağında müasir tibb xidmətinin təşkili müəyyən çətinliklər yaradırdı. Bu zərurət nəzərə alınaraq dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına 2013-cü ilin axırlarında xəstəxanada əsaslı təmirə başlanılıb. Yeddi korpusdan ibarət tibb ocağında artıq tikinti-quraşdırma işlərinin 80 faizə yaxını görülüb. Korpuslarda fasad işləri artıq başa çatıb və hazırda binaların daxilində işlər gedir. Xəstəxana şəhərciyi müasir tələblər əsasında tikilir. Ən müasir avadanlıq və tibbi ləvazimatla təchiz olunacaq səhiyyə müəssisəsi kompleks şəkildə müayinə və müalicə üçün hər cür şəraitin yaradılması ilə yanaşı, ilk dəfə olaraq böyrək çatışmamazlığından əziyyət çəkən xəstələrə dialez xidmətinin göstərilməsi də nəzərdə tutulub. Əsaslı təmir işləri başa çatdıqdan sonra səhiyyə ocağında 90 mindən çox əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksələcəkdir. Təmir işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info