Ağdaşda pambıqçılıq, çəltikçilik, baramaçılıq və tərəvəzçilik inkişaf etdirilir
Tarix: 16.08.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Ağdaş rayonunda pambıqçılıq, baramaçılıq, çəltikçilik və tərəvəzçilik ənənələrinin bərpası üçün görülən işlər uğurla davam etdirilir.
Rayon İcra Hakimiyyətinin Aqrar şöbəsindən bildiriblər ki, Ağdaşda pambıqçılığın inkişaf etdirilməsində yüksək nəticələrin əldə olunması üçün zəngin təcrübə və imkanlar var. Hələ 1981-ci ildə Ağdaşda 10 min 200 hektar sahədən 35 min ton pambıq yığılmışdı. Bu, rayonun pambıqçılıq tarixində rekord göstərici sayılır. Sonradan bu sahəyə marağın azalması səbəbindən pambıqçılıq arxa plana keçib. Bu sahənin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr, göstərdiyi hərtərəfli kömək artıq öz bəhrəsini verməkdədir. Ağdaşda ötən illə müqayisədə cari ildə pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Belə ki, ötən il Ağdaş rayonunda 30 hektar sahədə pambıq əkini aparılmışdı. Bu il isə kəndlərdə 1154 hektar ərazidə çiyid səpini aparılıb və sahələrdə normal bitiş alınıb. Bu da əvvəlki ildəkindən 1124 hektar, yəni, 38 dəfə çoxdur. Tarlalarda yüksək məhsul götürmək üçün hazırda fermerlər pambıq sahələrinə aqrotexniki qulluq göstərirlər. Həmçinin bu il rayonda ənənəvi sahələrdən olan baramaçılığın inkişafı üçün kəndlərdə insanlar arasında geniş izahat işləri aparılıb. Qax Damazlıq İpəkçilik Stansiyasından 50 qutu toxum gətirilərək Ağdaşda kümçülərə paylanılıb. İlk addım olaraq, bu mövsümdə gözlənilən 1 ton barama əvəzinə, 2 ton məhsul tədarük olunaraq "Şəki İpək" ASC-yə təhvil verilib. Ayrı-ayrı ailələr baramaçılıqdan 5-6 həftə ərzində 1000-1500 manat qazanc əldə ediblər. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar. Bu nəticələr Ağdaş rayonunda gələn il baramaçılığı bir neçə dəfə inkişaf etdirmək üçün yüksək stimul yaradıb. Ağdaşda çəltikçiliyin inkişaf etdirilməsi üçün də əlverişli imkan var. Bu il 1282 hektarda düyü əkilib və hazırda sahələrə aqrotexniki qulluq göstərilir, bol məhsul gözlənilir. Kəndlərdə ənənəvi məşğulluq sahələrinin dirçəldilməsi işsizliyin aradan qaldırılmasına da önəmli kömək olub, bu mövsümdə 3 mindən çox kənd sakini haqqı ödənilən işlə təmin olunub. Rayonda taxılçılıq və tərəvəzçiliyin inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Bu il 11 min 73 hektar taxıl zəmisindən 34 min ton taxıl istehsal olunub. Bu il 6 min 543 hektar sahədə yazlıq bitkilər, o cümlədən 768 hektar tərəvəz, 452 hektar dən qarğıdalı, 240 hektar kartof, 253 hektar bostan, 1311 hektar çəltik, 114 hektar lobya, 3 hektar vələmir, 26 hektar şəkər çuğunduru, 1 hektar günəbaxan və 2221 hektar yonca əkini aparılıb. İndiyədək 15 min 685 ton tərəvəz, 2 min 328 ton kartof, 931 ton bostan məhsulları yığılıb. İlin sonunadək 10 hektar sahədə yeni istixana yaradılması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info