Birləşmiş Vyana İnstitutunun təlim kurslarında Azərbaycan da təmsil oluna bilər
Tarix: 16.08.2016 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Birləşmiş Vyana İnstitutu (JVI) dekabrın 5-dən 16-dək "Siyasət qərarlarının hazırlanması üçün dinamik stoxastik ümumitarazlıq (DSGE) modellərindən istifadə" mövzusunda növbəti təlim kursu təşkil edir.
Təlim kursunda Azərbaycan da təmsil oluna bilər. İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu xəbər verir ki, maraqlananlar üçün son müraciət tarixi avqustun 19-dur. Beynəlxalq Maliyyə Fondunun (IMF) Potensialın Gücləndirilməsi İnstitutu (ICD) tərəfindən təşkil ediləcək 2 həftəlik təlim proqramı DSGE modellərinin tətbiqinə və şərhinə həsr olunacaq. İştirakçılar DSGE vasitəsilə maliyyə-kredit və vergi-büdcə məsələləri üzrə makroiqtisadi analizlərin aparılmasına cəlb edilmiş orta və yuxarı səviyyəli vəzifələrdə fəaliyyət göstərənlərdən ibarət olacaq. İştirakçılar iqtisadiyyat və yaxud müvafiq sahədə ali (elmi) dərəcəyə, texniki bacarıqlara, MATLAB və yaxud digər müvafiq proqram təminatları üzrə biliklərə malik olmalıdır. Qeyd edək ki, JVI makroiqtisadi siyasətin formalaşması və idarə olunması, vergi siyasəti, gəlirlərin (dövlət gəlirlərinin) və xərclərin idarə olunması, vergi-büdcə institutları və idarəetmə, hüquqi-normativ çərçivə, makroiqtisadi və maliyyə statistikası və bu kimi bir-sıra xüsusi məsələlər üzrə iki həftəyədək müddətdə təlim kursları, eləcə də seminar və simpoziumlar təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info