Kaliforniyada Xocalı faciəsinə dair kitabın təqdimatı olub
Tarix: 16.08.2016 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Kaliforniyada amerikalı jurnalist Raul Kontrerasın Xocalı soyqırımına həsr olunmuş kitabının təqdimatı keçirilib.
“The Hill”, “Daily Caller”, “FOX News” kimi mətbu orqanların yazarı olan jurnalistin “Dağlarda qətl. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” başlıqlı kitabı San Dieqo şəhərində yerləşən, ABŞ-ın ən qədim kitab mağazalarından olan “Vorviks” (Warwick’s) mağazasında oxuculara təqdim olunub.
Mərasimdə R.L.Kontreras kitabla bağlı apardığı tədqiqatlar dövründə Ermənistan qoşunları tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasına və bu işğal zamanı Ermənistanın azərbaycanlılara qarşı törətdiyi çoxsaylı etnik təmizləmə və digər cinayətlərə dair təkzibolunmaz faktlarla qarşılaşdığını bildirib. O, həmçinin kitabın əsas mövzusu olan Xocalısoyqırımı zamanı günahsız azərbaycanlıların məruz qaldığı amansız qəddarlıqlara dair konkret hadisələrdən bəhs edib, bu qəddarlıqların qurbanı olmuş və həyatda qalmağı bacaran azərbaycanlılar ilə keçirdiyi görüşlərdən, erməni vəhşilikləri ilə bağlı onlardan əldə etdiyi qeyri-insani və tükürpədici faktlardan danışıb.
Müəllif erməni terroçuluğunun çoxillik tarixə malik olduğunu vurğulayaraq, erməni terrorçularının Azərbaycan, ABŞ, eləcə də digər ölkələrdə həyata keçirdikləri terror aktları, eyni zamanda ABŞ-da fəaliyyət göstərən radikal erməni lobbisi və bu lobbinin ABŞ milli maraqlarına vurduğu ziyan barədə tədbir iştirakçılarına məlumat verib. 
Xatırladaq ki, bu kitab indiyədək ABŞ-da Xocalı soyqırımına dair nəşr edilmiş və satışa çıxarılmış ilk kitabdır. ABŞ-ın “Floricanto Press” nəşriyyatı tərəfindən çap edilmiş kitab artıq dünyanın ən böyük internet mağazası olan “Amazon” internet şəbəkəsi, eləcə də ABŞ-ın ən böyük kitab mağazası şəbəkəsi olan "Barnes & Noble"da  və digər şəbəkələrdə satışdadır. Amazon şəbəkəsi vasitəsilə kitabı ABŞ ilə yanaşı Almaniya, Fransa, İtaliya , İspaniya, Braziliya və dünyanın bir sıra digər ölkələrində də almaq mümkündür.  
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info