Astarada turizmin inkişafı üçün geniş imkanlar açılıb
Tarix: 16.08.2016 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq bölgələrdə sosial infrastruktur layihələrin icrası turizmin inkişafı üçün də geniş imkanlar açıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına ötən il tikilib istifadəyə verilən Deqədi-Pəlikəş avtomobil yolu rayonun ucqar dağ kəndlərinə gediş-gəlişi xeyli asanlaşdırıb.
Əsrarəngiz gözəlliyə malik, Astaranın “canlı muzeyi” adlandırılan, dağlar qoynunda yerləşən Sım kəndi turistləri daha çox cəlb edən məkanlardan biridir. Buraya gəlmək istəyənlər yol bərbad olduğundan kəndə qalxa bilmirdilər. Salınan yeni yol sayəsində indi turistlər rahatlıqla bura səyahət edirlər.
Sım kəndi yamyaşıl meşəsi, çoxsaylı şəfalı bulaqları ilə yanaşı, həm də tarixi qayalar və tikililərlə zəngindir. Kəndin adı da qayalıq, daşlıq çox olan yer anlamına gəlir.
Buradakı “Ballı qaya”nın üzərində vaxtilə çoxlu sayda arı yuvaları olub. İsti aylarda daşların qızması nəticəsində bal aşağı süzülərmiş. Balın miqdarı o qədər çox olarmış ki, yerli əhali onu qablara yığıb istifadə edərmiş.
Digər maraqlı yer “Şah daşı”nın yerləşdiyi düzən ərazidir. Rəvayətə görə, bir zamanlar şah taxta bənzər daşın üzərində oturar, arxada isə qoşun təlim keçərmiş. “Şah daşı” adı da məhz buradan götürülüb.
Kənddə bundan əlavə, “Qonaqlıq daşı”, “Buzlu daş” və digərlər abidələr də var.
Bütün bunlar haqqında isə kəndə gələrkən ətraflı məlumat əldə etmək mümkündür. Bələdçi Pərviz Salayev bildirib ki, turistlər üçün kənddə lazımi şərait yaradılıb: “Bura gələn turistləri ətrafdakı gözəlliklərlə tanış etmək üçün bələdçilərimiz var. Əgər turistlər bir neçə gün qalmaq istəsələr, kəndimizdə onlar üçün lazımi şərait yaradılıb”.
Yayın isti günlərində dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən Sım kəndində dincələn, təbiətin bu yerlərə bəxş etdiyi gözəllik və tarixi abidələrlə tanış olan turistlər buradan zəngin təəssüratlarla ayrılırlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Masallıda gənclərin peşəyönümü ilə bağlı müşavirə keçirilib
26.04.2019
Saatlıda qısa müddətdə 7450 hektar sahəyə çiyid səpilib
26.04.2019
Zərifə xanım Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara nur bəxş edib
26.04.2019
Astara sakinlərinin oftalmoloji müayinəsi keçiriləcək
25.04.2019
“Kaspersky Lab” “Windows” əməliyyat sistemində əvvəllər aşkarlanmamış zəiflik tapıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10760

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 “Həkimlər valideynlərin dili ilə“
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info