Şahin İsmayılov: “Azərbaycanda idman artıq həyat tərzinə çevrilib”
Tarix: 16.08.2016 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


“Əminliklə söyləyə bilərik ki, Azərbaycanının gələcəyi daha parlaq, daha güclü olacaq”


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılovla olan müsahibəni təqdim edirik:
- Şahin müəllim, bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasəti mütərəqqiliyi ilə fərqlənir.  Gənclərin yüksək diqqət və qayğı ilə əhatə olunması, eləcə də onların potensialından səmərəli istifadə olunması dövlət gənclər siyasətinin əsasını təşkil edir. Bu barədə fikirlərinizi bilmək istərdik…
- Azərbaycan regionda tam müstəqil siyasət aparan lider dövlətdir. Ölkənin iqtisadiyyatı kifayət qədər güclüdür və insanlarımızın həyat səviyyəsi gündən-günə yaxşılaşır. Azərbaycan eyni zamanda regionda ən güclü orduya sahib olan dövlətdir. Müasir müstəqillik tariximizlə uğurlarımızı müqayisə etsək əminliklə söyləyə bilərik ki, uğurlarımız 25 illik tarixlə müqayisədə dəfələrlə çoxdur. Bütün bunların əsas səbəbkarı isə  məhz ulu öndər Heydər Əliyevdir. Məhz Onun uzaqgörən, dəqiq hesablanmış siyasəti Azərbaycanın belə güclü dövlətə çevrilməsinə səbəb olmuşdur. Prezident İlham Əliyev ulu öndərin siyasətini layiqincə davam etdirir. Biz əminliklə söyləyə bilərik ki, Azərbaycanının gələcəyi daha parlaq, daha güclü olacaq.
Digər sahələr kimi Azərbaycanda gənclər sahəsinə çox böyük diqqət ayrılır. Bizim bu gün gənclər siyasətindən danışmağa kifayət qədər  əsaslarımız var. Sadə bir misalı göstərmək istərdim. Bildiyimiz kimi 12 avqust dünyada gənclər günü kimi qeyd olunur. Bu qərar 1998-ci ildə Lissabonda qəbul olunub. Azərbaycanda isə bu tarix 1997-ci ildir. 1997-ci ildə Ulu öndər Heydər Əliyev Gənclər Forumunun bir illiyi ilə əlaqədar bir qrup gənci qəbul etmişdir. Elə həmin vaxt da 2 fervral tarixinin Azərbaycanda Gənclər Günü kimi qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Ulu öndər hər zaman gənclərə qayğı ilə yanaşırdı. Bir məsələ dəqiqdir ki, Azərbaycan gəncləri bu gün qazandıqları uğurlara görə məhz ulu öndər Heydər Əliyevə minnətdardırlar.
Azərbaycan dövləti Azərbaycan gəncinin potensialından kifayət qədər səmərəli şəkildə istifadə edir. Biz dövlət qurumlarında çalışan insanların tərkibinə nəzər salsaq orada işləyənlərin böyük əksəriyyətinin məhz gənclər olduğunu görərik. Bundan başqa bir sıra vacib dövlət qurumlarının rəhbərliyinə gənc insanlar təyin olunur. Təhsil müəssisələrimizin akademik heyəti sürətlə gəncləşir. Bütün bunlar Azərbaycan dövlətinin Azərbaycan gəncinə olan inamı və qayğısıdır.
- Dövlət gənclər siyasəti ilə bağlı hüquqi baza hansı səviyyədədir? Ümumiyyətlə, bu istiqamətdə mövcud qanunvericiliyi necə qiymətləndirirsiniz?
- Azərbaycan gənclər siyasətinin kifayət qədər hüquqi bazası vardır. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi-mədəni inkişafı ilə sıx əlaqədardır. Gənclər siyasətinin əsas istiqamətləri gənclər siyasəti haqqında qanunla belə müəyyənləşdirilib: «Gənclərin mənəvi əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gəncləri sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət qayğısı və gənclər təşkilatlarına dövlət yardımı».
Bununla yanaşı, Azərbaycan gəncliyi 2005-2009 və 2011-2015 illər dövlət proqramlarını, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasını xüsusi qeyd etmək lazımdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu gənclər təşkilatlarına qrant ayırmaqla yanaşı, dünyada yeganə olaraq fərdi gənclərə də layihələrini həyata keçirməyə vəsait ayırır. Bütün bunlar Azərbaycan dövlətinin Azərbaycan gəncinə qayğısıdır.
- Gənclərimiz başqa sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanırlar. Azərbaycanın gənc  idmançıları müstəqillik dövründə mütəmadi şəkildə iştirak etdikləri Olimpiya oyunlarında çoxlu sayda  medal qazanmaqla xalqımızı sevindirib. Ümumiyyətlə, ölkəmizdə Olimpiya hərəkatının inkişafını necə dəyərləndirirsiniz?
- Azərbaycanda idman artıq həyat tərzinə çevrilib. İdmana gələn gənclərimizin sayı ilbəil artır. Dövlətin idman siyasəti olduqca peşəkar qurulub. İdman federasiyalarına hərtərəfli dəstək göstərilir. İdmançılarımız mütəmadi olaraq təlim-məşq toplanışlarına göndərilirlər. Ölkəmizin əksər bölgələrində Olimpiya idman kompleksləri tikilib gənclərimizin istifadəsinə verilib. Bütün bunlar son nəticə olaraq idmanın inkişafına gətirib çıxarır.  Artıq Azərbaycan dünyada da idman ölkəsi kimi qəbul olunur.  İdmanın belə geniş şəkildə vüsət almasında ölkə Prezidenti,  Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rolu əvəzsizdir. Müstəqillik qazandıqdan sonra idmançılarımız beynəlxalq yarışlarda, o cümlədən olimpiya oyunlarında iştirak edirlər. Sevindirici hal ondan ibarətdir ki, hər il nəticələrimiz daha yaxşı olur. İdmançılarımızın medallar qazanaraq bayrağımızı mötəbər yarışlarda dalğalandırması eyni zamanda çox gözəl vətənpərvərlik nümunəsidir.
- Artıq bir müddətdir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları başlayıb. Azərbaycan idmançılarından hansı nəticələri gözləyirsiniz?  
- Özüm idman azarkeşiyəm. Hər dəfə olduğu kimi bu dəfə çox böyük həyəcanla Olimpiadanı izləyirəm. İdmançılarımıza xalqımızın olduğu kimi mənim də böyük inamım var. Əminəm ki, bu ilki nəticələrimiz ötən Olimpiadadan daha yaxşı olacaq. İdmançılarımız bayrağımızı Rioda kifayət qədər çox dalğalandırcaqlar.





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info