Yeni açılan iş yerlərinin 72%-i regionların payına düşür
Tarix: 16.08.2016 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 01 yanvar 2014-cü ildən 01 iyul 2016-cı il tarixinə qədər olan dövr ərzində ümumilikdə 336,3 min olmaqla 269,4 min daimi iş yerləri yaradılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin birinci yarım ili ərzində isə ölkədə 93,1 min yeni, o cümlədən 73,1 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 63,7%-i qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 26,3%-i Bakı şəhərinin, 1,9%-i Naxçıvan Muxtar Respublikasının, 71,8%-i regionların, o cümlədən 25,9%-i Aran, 14,3%-i Gəncə-Qazax, 7,2%-i Abşeron, 6,9%-i Lənkəran, 5,7%-i Şəki-Zaqatala, 4,4%-i Quba-Xaçmaz, 3,7%-i Dağlıq Şirvan, 3,1%-i Yuxarı Qarabağ, 0,6%-i isə Kəlbəəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Daimi iş yerlərinin 9,7%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 25,1%-i mövcud müəssisə və təşkilatlarda, 1,1%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 64,1%-i isə fərdi sahibkarlıq subyektləri tərəfindən açılıb. Hüquqi səxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 7,8%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,4%-i tikinti, 4,2%-i su təchizatı; tullantıların təmizlənməsi və emalı, 3,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 2,9%-i emal sənayesi, 1,8%-i nəqliyyat və anbar təsərrüfatı, 1,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 7,3%-i isə digər fəaliyyətlər üzrə ixtisaslaşmış müəssisə və təşkilatlarda açılıb.
Bununla yanaşı, 2016-cı ilin I yarım ili ərzində ölkədə 25,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 75,3%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 63,2%-i fərdi sahibkarlıq subyektlərinin, 18,8%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 18 %-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info