Kərə yağını necə seçməli?
Tarix: 14.03.2013 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Gündəlik istehlak etdiyimiz kərə yağı, tərkibində 72-83 faiz yağ, 16-25 faiz su və 1 faiz quru yağsız süd qalığı olan qatılaşdırılmış süd məhsuludur. Kərə yağında mineral maddələr, vitaminlər, xolesterin və s. var. Məhz bunlar da ona xüsusi dad və ləzzət verir. Kərə yağının duzlu, duzsuz, həvəskar, kəndli, pəhriz, əridilmiş və s. növləri var. Yağ alarkən istehlakçılar, təbii ki, onun keyfiyyətinə əmin olmaq istəyirlər. Bunun üçün aşağıda qeyd olunan məlumatlarla tanış olmaq faydalı olar.
Yağ hissəcikləri kristalik, duru və amorf vəziyyətdə olurlar. Qidalılıq dəyəri yağın tərkibindəki yağ turşularının kəmiyyət və keyfiyyətindən, vitaminlərin və digər bioloji fəal maddələrin miqdarından asılıdır. Yağın keyfiyyəti orqanoleptik və kimyəvi göstəricilərinə görə qiymətləndirilir. Keyfiyyətli kərə yağı xarakterik təmiz dada və qoxuya malik olmalıdır. Kənar dad və qoxunun olmasına yol verilmir. Konsistensiya 10-12C temperaturda bərk, həmcins, kəsimində səthi parıltılı, dənəvər, əridildikdə tam şəffaf və çöküntüsüz, görünüşü quru olmalıdır. Rəngi ağdan açıq sarıya qədər və bütün kütlə boyu eyni olmalıdır.
Yağın keyfiyyətinin qorunması üçün onun qablaşdırılması və daşınmasının böyük əhəmiyyəti var. Belə ki, hazırlanmış tara əvvəlcədən doymuş duz məhlulu ilə isladılmış perqament kağızı ilə örtülməlidir. Hava boşluqlarının qalmaması üçün yağ sıx yığılmalıdır.
Qablaşdırılmış yağ etiketlənməli və üzərində istehsalçının adı, emal tarixi, yağın adı, yağın kütlə payı, çəkisi, növü, standartın və digər normativ-texniki sənədin nömrəsi, tərkibi, saxlanma müddəti və temperaturu, enerji dəyəri və s. məlumatlar qeyd olunmalıdır. Pərakəndə satış üçün yağ perqament və ya folqaya bükülərək, xırda çəkilərlə qablaşdırıla bilər.
Yağ ancaq avtorefrijeratorlarda 4-5C-də daşınmalıdır. Spesifik qoxusu olan məhsullarla birlikdə, eləcə də sanitar-gigiyenik tələblərə cavab verməyən nəqliyyat vasitələrində yağın daşınması qadağandır.
Yağdan istifadə təkcə onu istehlak etməklə bitmir, onun düzgün şəkildə saxlanılmasının da mühüm əhəmiyyəti var.
Mənfi 18C temperaturda duzsuz yağı 12, duzlu yağı isə 7 ay saxlamaq olar. Mənfi 12C temperaturda isə bu göstəricilər müvafiq olaraq 9 və 6 aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18C-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 8 -mənfi 3C temperaturda 1 ilə qədər saxlanıla bilər.
Ticarət şəbəkələrinə yağ 10C-dən çox olmayan temperaturda daşınmalıdır. Anbarlarda isə yağ -2+2 C-də 10-15 gün müddətində saxlanıla bilər. Ticarət şəbəkələrində isə yağ adətən 8C və daha yüksək temperaturda saxlanılır.
Kərə yağının qüsurlu olması özünü daha çox onun dadında, qoxusunda, xarici görünüşündə, konsistensiyasında, rəngində büruzə verir. Bu qüsurların bəziləri istehsal prosesi zamanı, bəziləri isə saxlanma müddətində yaranır.
Yağın saxlanmasından qaynaqlanan qüsurlar əsasən temperaturla əlaqədar əmələ gəlir. Belə ki, müsbət temperatur şəraitində saxlanılan yağın dadı və qoxusu dəyişir, uzun müddət saxlandıqda isə tamamilə yararsız vəziyyətə düşür.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
16.03.2019
Məhkum edilmiş bir sıra şəxslər əfv olundu
15.03.2019
Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət gələn ayın əvvəlindən artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info