Aİ bəzi internet-servislərə nəzarəti sərtləşdirəcək
Tarix: 16.08.2016 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


“Financial Times” nəşrinin verdiyi məlumata görə, Avropa Komissiyasının üzvləri “Skype” və “WhatsApp” kimi internet-servislərə nəzarət tədbirlərinin sərtləşdirilməsini planlaşdırırlar. Avropa Komissiyası özünün bu mövqeyini onunla izah edib ki, bu messencerlərin fəaliyyəti gələcəkdə təhlükəsizlik və məxfiliklə bağlı reqlamentin müddəalarına uyğun olmalıdır. “Planet-today.ru” saytı xəbər verir ki, jurnalistlərin əlinə keçmiş sənədlər Avropa Komissiyasının bu sektorda üstünlük təşkil edən Amerika şirkətlərinə nəzarəti gücləndirmək niyyətində olmasına dəlalət edir. Aydındır ki, söhbət “Facebook” və “Microsoft” kimi şirkətlərdən gedir.
Məlum olub ki, Avropa Komissiyası öz niyyətlərini rəsmən gələn ay elan etməlidir. Bir sıra dəyişiklər həmin proqram əlavələri vasitəsilə asayiş və təhlükəsizlik orqanlarının sorğularının yerinə yetirilməsi ilə bağlı olacaq. Avropa Komissiyasındakı məmurların fikrincə, istifadəçilərin internet vasitəsi ilə zəngləşməsinə və yazışmasına imkan verən bu messencerlərin fəaliyyəti də adi şirkətlərin və mobil rabitə operatorlarının işi kimi tənzimlənməlidir.
“Financial Times” nəşrinin jurnalistlərinin fikrincə, əgər bu qayda qüvvəyə minərsə, onda Avropa İttifaqının nizamlama orqanları Amerika şirkətlərinin fəaliyyətinə nəzarət baxımından daha geniş səlahiyyətlər qazanacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info