Ötən ay Azərbaycanda fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 1 464 nəfər artıb
Tarix: 16.08.2016 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı artmaqda davam edir.
Cari ilin iyul ayında sistemdə daha 1 464 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb. Beləliklə də fərdi uçot sistemində qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı bu ilin 01 avqust tarixinə 32 531 nəfər təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. Sistemdə qeydiyyatda olan əcnəbilərin 88,4 faizi kişilərdən, qalanları qadınlardan ibarətdir.
Fərdi şəxsi hesabı olan əcnəbilər sırasında Тürkiyə (15 108 nəfər), Gürcüstan (3 191 nəfər) Rusiya (1 859) vətəndaşları çoxluq təşkil edirlər. Həmçinin sistemdə Özbəkistan (1750), Hindistan (1 373), İran (1 025), Çin (902), Banqladeş (785), Pakistan (683), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (632), Ukrayna (529), Türkmənistan (312), Filippin (288), ABŞ (281), Almaniya (266), Qazaxıstan (249), İtaliya (213) və s. ölkələrin vətəndaşları qeydiyyatdadır. Sistemin əhatə etdiyi əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər.
Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan, ölkəmizin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər üçün fərdi şəxsi hesab açılması ölkə vətəndaşları kimi onların da gələcək sosial təminat və pensiya hüquqlarının formalaşmasına imkan yaradır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info