İyulda vergi ödəyicilərinin 11%-i vergi bəyannaməsini təqdim etməyib
Tarix: 16.08.2016 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Bu ilin iyul ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 19 237 sual cavablandırılıb. 
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, müraciətlərin 24,11%-i elektron xidmətlər, 17,43%-i qeydiyyat, 16,18%-i hesabatlar və hesabat formalarının doldurulma qaydaları, 13,98% vergi növləri, qalanları isə vergi qanunvericiliyi və digər məsələlər barədə olub. 
Səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 6585 zəng daxil olub, 2571 zəng zamanı vergi borcu, 2017 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib. Hesabat dövründə vergi ödəyicilərinin məlumatlandırılması üçün Vergilər Nazirliyinin təşəbbüsü ilə 64282 SMS göndərilib. Vergi ödəyicilərinin istəyi ilə ikitərəfli mesaj xidmətinin istifadəçilərinə 2101 SMS göndərilib. 
Bu ilin iyul ayı ərzində vergi ödəyicilərinə xidmət strukturlarında qəbul edilmiş vergi ödəyicilərinin sayı 45893 nəfər, göstərilmiş xidmətlərin sayı 78439 olub. Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə iyul ayında 309772 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən ümumilikdə 227052, o cümlədən iyul ayında 7029 sayda ASAN İmza sertifikatı verilib.
 
Bu ilin iyul ayı ərzində ümumilikdə təqdim edilməli olan 207335 vergi bəyannaməsindən 89,0%-i vaxtında, onların da 94,2%-i elektron qaydada təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib
24.05.2019
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24.05.2019
Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçirilib
24.05.2019
Mədəni turizmdə klasterləşməyə dair dəyirmi masa keçirilib
24.05.2019
Luiş Fiqu Bakıya gəlir: “Final möhtəşəm olacaq“ - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info