Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi tam təmin olunub
Tarix: 16.08.2016 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Muxtar respublikada ərzaq məhsullarının istehsalı üzrə sahibkarlığın inkişafı, dövlət investisiyalarının aqrar bölməyə, onun infrastruktur təminatının yaxşılaşdırılmasına yönəldilməsi, meliorasiya və irriqasiya sistemlərinin müasirləşdirilməsi kimi bir çox məsələlərin uğurlu həlli öz bəhrəsini verməkdədir. Nəticədə bu gün muxtar respublikada ərzaq təhlükəsizliyi tam təmin olunub.
Naxçıvanda builki taxıl biçini uğurla başa çatıb. Bu ilin məhsulu üçün muxtar respublikada 31 min 579 hektar sahədə taxıl əkilib və cari ildə taxıl zəmilərindən 94 min 117 ton taxıl yığılıb.
Muxtar respublikada tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılaraq 2016-cı ildə 3053 hektar sahədə kartof əkini aparılıb ki, bu da 2015-ci ildə əkilmiş sahədən 86 hektar çoxdur.
Cari ilin ilk altı ayında 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə muxtar respublikada diri çəkidə 1,6 faiz çox, yəni 11 min 300 tona yaxın ət və ya 1,7 faiz çox, yəni 47 min 100 tona yaxın südün istehsal olunması heyvandarlıq məhsulları istehsalı sahəsindəki artımdan xəbər verir. Ümumiyyətlə isə muxtar respublikada 2016-cı ilin yanvar-iyun aylarında ötən ilə nisbətən 5,6 faiz çox, yəni 117 milyon 545 min manata yaxın həcmdə kənd təsərrüfatı məhsulunun istehsalı ərzaq təhlükəsizliyinin tam təmin olunduğunu göstərir.
Naxçıvanda bank-kredit qurumlarının, muxtar respublikanın Sahibkarlığa Kömək Fondunun və digər təşkilatların vəsaitləri hesabına sahibkarlara, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı ilə məşğul olan iş adamlarına güzəştli kreditlərin verilməsi davam etdirilməkdədir. Belə ki, təkcə cari ilin ötən dövründə kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 7 milyon 233 min 500 manat məbləğində kreditlərin verilməsi təmin olunub.
Bu gün əvvəlki illərdə olduğu kimi, min bir zəhmətlə yetişdirilən məhsul suvarma suyu çatışmazlığı ucbatından tələf olmur, yetişdirilən məhsul tarlada dəyər-dəyməzinə satılmır, sovet dövründən qalma köhnə və yararsız maşın-mexanizmlərdən istifadə edilmir. İndi ən müasir kənd təsərrüfatı texnikaları əkinçinin xidmətinə verilib. Torpaq mülkiyyətçiləri sərf etdikləri yanacaq və motor yağlarına görə yardımlar alır. Bu gün əkinçi yaxşı məhsuldarlığa nail olmaq üçün yüksək reproduksiyalı toxum növlərini, mineral gübrələri haradan və kimdən alacağını yaxşı bilir. Bu isə, nəticə etibarilə, muxtar respublikada kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlanmasına stimul verir.
Aqrar bölmə üzrə prioritet istehsal sahələrinin müəyyənləşdirilməsi, həmin sahələrin digər sahələrlə əlaqəli inkişafı strategiyası uğurla həyata keçirilir. Bununla birlikdə ixrac sahəsində dünya təcrübəsində geniş istifadə olunan müxtəlif formalarla (konsiqnasiya və sair) bərabər, onun müasirtipli infrastrukturu hesab edilən nəqliyyat, sığorta, informasiya və digər sahələr təkmilləşdirilib. Müxtəlif maddi-texniki təchizat və aqroservis müəssisələri, marketinq xidmətləri, yarmarkalar, saxlama, qablaşdırma, emal müəssisələri və digər strukturlar yaradılıb. Eyni zamanda, əsas ərzaq məhsullarının zəruri səviyyədə istehsal olunmasına şərait yaradılıb, yerli və xarici mənşəli ərzaq məhsullarının keyfiyyətinə səmərəli nəzarət mexanizmi tətbiq olunub. Bu və ya digər amillərin iqtisadi fəaliyyət prosesində lazımınca nəzərə alınması kənd təsərrüfatının, bütünlükdə aqrar-sənaye kompleksinin ictimai istehsal əlaqələrinin təkmilləşdirilməsinə, istehsalın həcminin artmasına, aqrar sektorun dinamik inkişafına ciddi əsaslar yaradıb.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info