“Sirlər Xəzinəsi“ layihəsi uğurla yekunlaşıb
Tarix: 16.08.2016 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin Maariflənməsinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən "Sirlər Xəzinəsi" layihəsi uğurla başa çatıb. “Sirlər xəzinəsi” layihəsinin məqsədi gənclər arasında komanda ruhunun yaradılması, fikir və təcrübə mübadiləsinin aparılması və onların qeyri-formal şəraitdə yaradıcı düşünmək bacarığının inkişaf etdirilməsidir.
Əsası “Kod da Vinçi” intellektual oyunu üzərində qurulmuş “Sirrlər xəzinəsi” layihəsi Şəki şəhərinin qədim və tarixi yerlərinin gənclərə tanıtmaqla yanaşı onların hər bir məkana olan maraq və diqqətini artıraraq, gənclərin ətraflı şəkildə məlumatlanmasını təmin etmişdir. Layihə çərçivəsində təşkil onunan “Kod Da Vinçi” oyunu Şəki Xan Sarayı, Kərvansaray və digər tarixi abidələr, burada aparılan tətqiqatlar əsasında tərtib olunmuş və iştirakçı gənclərin Şəkinin tarixi və mədəniyyəti haqqında daha çox bilik əldə etməsinə səbəb olmuşdur.
May-iyul aylarında baş tutmuş “Sirrlər xəzinəsi” layihəsi maraqla qarşılanmış, ətrafında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şəki şəhərlərindən olan aktiv gəncləri toplamağı bacarmışdır. Layihə çərçivəsində ilk öncə adı çəkilən regionlarda gənclərin iştirakı ilə layihənin təqdimatı keçirilmişdir. Burada təşkil olunan ekspert görüşlərində hər regiondan 30-dan artıq gənc iştirak etmiş və layihənin növbəti mərhələsinə keçid alacaq ən aktiv gənclər seçilmişdir.
Layihənin növbəti mərhələsində Şəki şəhərinin qədim məkanlarını əhatə edən "Kod Da Vinçi" intellektual oyunu təşkil olunmuşdur. Səkkiz mərhələdən ibarət olan oyunda ümumilikdə altı komandada birləşən 50 nəfər gənc iştirak etmişdir. Komandalar müxtəlif şəraitlərdə oyunun hər mərhələsinin “açarları”-nı tapmağa çalışmışlar. “Açar”ları digər komandalara nisbətən daha tez tapan komanda qalib gəlmişdir.
Qeyd edək ki, “Kod Da Vinçi” məntiqi intellektual oyunu – bir komanda oyunudur. Oyunun əsas mahiyyəti komandaların növbəti mərhələyə keçməsini təmin edən “açarların” oyun keçirilən ərazi üzərində axtarışıdır. Oyun, hər komanda 5-10 nəfərdən ibarət olmaqla təşkil olunur. Oyunçular məntiqi sualların “açar”-larını tapdıqdan sonra növbəti mərhələyə keçmək imkanı əldə edirlər. Beləliklə, hər mərhələdən sonra yeni mərhələ başlayır. Tapmaçanın açarları və yönləndirici cavabları oyun keçirilən meydançanın müxtəlif yerlərində gizlədilə bilər. Oyun fərqli məkanlarda təşkil edilə bilər: parkda, açıq təbiətdə, ofisdə və ya digər qapalı məkanda. Oyunun əsas mövzusu əvvəlcədən təşkilatçılardan tərəfindən müəyyən olunur və müxtəlif mövzuları əhatə edə bilər.


Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info