“Ermənistan iqtisadiyyatı koma vəziyyətindədir”
Tarix: 16.08.2016 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


“Tert.am”:“Ermənistanın xarici borcu artaraq 4,4 milyard dollara çatıb. Ölkənin xarici valyuta ehtiyatları isə 1 milyard 589 milyon dollar təşkil edir”
Bu ilin ortalarında Ermənistanın xarici borcu artaraq 4,4 milyard dollar təşkil edib. “Tert.am” yazır ki, düşmən ölkənin xarici valyuta ehtiyatları 1 milyard 589 milyon dollar təşkil edir. Qeyd edilməlidir ki, bu, Ermənistanın xarici resurslarının son 9 il ərzində ən aşağı səviyyədə olan
göstəricisidir.

Xatırlatmaq yerinə düşər ki, son illər bu ölkənin xarici valyuta ehtiyatları sürətlə azalır. Müqayisə üçün bildirək ki, hələ 2009-cu böhran ilindən bu göstərici 2 milyard dollar idi. Sonrakı illərdə sürətli azalma tendensiyası başlayıb. Ehtiyatlar 2010-2014-cü illərdə 1,8 - 1,9, 2014-ci ildə isə 1,5 - 1,6 milyard dollar təşkil edib. “Aykakan Jamanak” nəşrinin yazdığına görə, Ermənistan üçün ən faciəlisi isə budur ki, ölkənin xarici valyuta ehtiyatlarının azalması ilə paralel olaraq xarici borc da artır. Yenə müqayisəli şəkildə götürsək, əgər, ölkənin xarici borcu 2009-cu ildə 2,4 milyard dollar təşkil etmişdisə, hazırda ölkənin xarici borcu 4,4 milyard dolları ötməkdədir. Ermənistanın problemləri təkcə bununla bitmir. Xaricdən pul köçürmələri hesabına yaşayan xalq artıq miskin gündədir. Məsələ bundadır ki, son illər ölkəyə fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələri xeyli azalıb. Yada salaq ki, Ermənistan üçün əsas donor rolu oynayan Rusiyada da iqtisadi problemlər yaşanır. Ermənistan Mərkəzi Bankının məlumatına görə, təkcə bu ilin iyun ayında pul köçürmələrinin həcmi 135 milyon 277 min dollar təşkil edib. Halbuki ötən ilin müvafiq dövründə bu göstərici 163, 2 milyon dollar olub. “Birinci informasiya” saytına açıqlama verən erməni iqtisadçı Qorom Çaturyanın sözlərinə görə, Ermənistana pul köçürmələrindəki azalmalar son vaxtlar dinamik tendensiya almaqdadır. Onun sözlərinə görə, Rusiyada işləyən ermənilər az qazandıqlarından evə əvvəlki qədər pul göndərə bilmirlər: “2015-ci il pul köçürmələrində 28-30 faiz azalma olub. Bu ilin 6 ayı ərzində isə daha azalma daha 8-9 faiz artıb”. Xaricdən pul köçürmələri hesabına duruş gətirən Ermənistan iqtisadiyyatı iqtisadçı Vardan Bostancanyanın sözləri ilə desək, artıq koma vəziyyətindədir. Bostancanyan hesab edir ki, ölkə iqtisadiyyatının bu həddə gəlib çatmasına səbəb inhisarçılıq və yırtıcı rejimdir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info