Azərbaycan avarçəkəni “Rio-2016”da bürünc medal qazandı
Tarix: 16.08.2016 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Dünən Rio Olimpiadasında kayak yarışlarında final yarışları baş tutub. Azərbaycan təmsilçisi İnna Osipenko-Radomskaya da həlledici mərhələdə mükafatlar uğrunda mübarizə aparıb.
1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafədə çıxış edən 34 yaşlı Olimpiya və dünya çempionu ən güclü 8 idmançı ilə birlikdə medal üçün yarışıb. Həlledici yürüşdə onun rəqibləri qazaxıstanlı İnna Klinova, İsveç təmsilçisi Linnea Stensils, fransalı Sarah Quyot, Yeni Zelandiyadan Liza Karrinqton, polşalı Marta Valçikeviç, ispan Tereza Rivas Portela və sloveniyalı Spela Yaniç Ponomarenko olublar. Yürüş Karrinqtonun qələbəsi ilə başa çatıb. O, 4 il öncə olduğu kimi yenə Olimpiya çempionu olub. Yeni Zelandiya təmsilçisi 200 m məsafəni yeni Olimpiya rekordu ilə qət edib - 39,864 san. İkinci yeri 2012-ci ildə 5-ci olan Valçikeviç tutub (40,279). 4 il öncə yalnız Lizadan geri qalıb, ikinci pillədə qərarlaşan İnna bu dəfə 3-cü yerlə kifayətlənib. Kayakçımız liderdən 0,537 san geri qalıb. Qeyd edək ki, Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə də iştirak edəcək. Bu yarış isə bu gün start götürəcək.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Çelsi“ nin məşqçilik postuna namizədlər
21.02.2019
UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı məlum olub
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info