Qazaxda qəbul imtahanlarında yüksək bal toplayan məzunlar mükafatlandırılıb
Tarix: 17.08.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Qazaxda ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlarla görüş keçirilib. Gənclər Mərkəzində keçirilən tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafının təhsillə bağlı olduğunu dəfələrlə vurğulayıb və ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib.
Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək, bu sahənin inkişafına böyük önəm verib. Respublikanın hər yerində olduğu kimi, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazax rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ötən dövrdə diqqət mərkəzində olub, rayonun ümumtəhsil məktəblərinin böyük əksəriyyəti yeni və daha müasir binalarla təmin olunub. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda iki məktəbəqədər təhsil müəssisəsi və 4 məktəb binası tikilib istifadəyə verilib. Hazırda Yuxarı Salahlı kənd tam orta məktəbində yenidənqurma işləri yekunlaşmaq üzrədir. Təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonda məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır. 2015-2016-cı tədris ilində 849 nəfər attestat alıb, onlardan 456 nəfər ali məktəblərə sənəd verib, 319 məzun birinci turda tələbə adını qazanıb. Rayonun Canallı kənd tam orta məktəbinin məzunu Səbinə İsmayılova qəbul imtahanlarından 700 bal toplayıb. Məzunlardan iki nəfəri təhsili qızıl medalla başa vurub. Medalçılar İlham Mirzəyev qəbul imtahanlarından 690 bal, Leyla Məmmədova isə 682 bal toplayıb. Qeyd olunub ki, rayon üzrə qəbul imtahanlarından 58 nəfər 500-700 arası bal yığıb. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Canalı kənd tam orta məktəbin direktoru Ulduzə Yusifova, medalçılar İlham Mirzəyev və Leyla Məmmədova, 700 bal toplamış Səbinə İsmayılova çıxış ediblər. Sonda 500-700 arası bal toplayan məzunlara qiymətli hədiyyələr təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info