Pan Gi Mun BMT-nin baş katibi postunda qadın görmək istəyir
Tarix: 17.08.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


BMT-nin baş katibi Pan Gi Mun özündən sonra təşkilatın başında qadın görmək arzusunda olduğunu bildirib.
“İnterfax” informasiya agentliyi xəbər verir ki, Pan Gi Munun fikrincə, BMT-ni ardıcıl olaraq 8 kişi idarə edib və indi bu posta ilk dəfə qadın gəlməsinin vaxtı çatıb. “Milli hökumətlərdə, digər təşkilatlarda, hətta biznes və siyasətdə, həmçinin mədəni və digər həyat sferalarında yüksək vəzifələr tutan çox sayda görkəmli qadınlarımız var”,- deyə baş katib qeyd edib. Bununla yanaşı, Pan Gi Mun bu barədə yekun qərarı özünün deyil, təşkilatın Baş Assambleyasına namizəd barədə rəy göndərməli olan BMT-nin Təhlükəsizlik Şurasının verməli olduğunu vurğulayıb. Xatırladaq ki, iyul ayında Təhlükəsizlik Şurasında BMT-nin yeni baş katibinin seçilməsi prosesi başlayıb. Bir neçə ay davam edəcək proses qapalı qapılar arxasında keçirilir. Təşkilatın baş katibi postu uğrunda altı kişi və beş qadın mübarizə aparır.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info