Bayram günlərində rayonlara işləyən avtobusların sayı 700-ə çatdırılacaq
Tarix: 14.03.2013 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 16-dan 26-dək gücləndirilmiş iş rejimində çalışacaq. Beynəlxalq Avtovağzal Kompleksindən bildiriblər ki, bu, bayram günlərində ölkədə sərnişindaşımada intensivliyin artması ilə bağlıdır. Adi günlərdə 6-7 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 minə çatacağı gözlənilir. Buna görə də əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı artırılacaq. Adətən gün ərzində xəttə 300-340 avtobus buraxılırsa, bayram günlərində onların sayı 650-700-ə çatdırılacaq. Bununla əlaqədar artıq ayrı-ayrı hüquqi və fiziki şəxslərlə danışıqlar aparılıb, avtobuslar sazlanaraq hazır vəziyyətə gətirilib, qiymət intizamına nəzarət komissiyası yaradılıb. Bayram günlərində Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq. Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidmətinin rəhbəri Ziyəddin Kazımov bildirib ki, bayram günlərində günün 24 saatı ərzində növbətçilik sistemi yaradılacaq və mütəxəssislər buna uyğun olaraq fəaliyyət göstərəcəklər: “Respublikanın müxtəlif ərazilərində hər hansı bir hal baş verərsə, mərkəzə daxil olmuş müraciət əsasında lazımi tədbirlər görüləcək. Bayramqabağı təşkil olunan kənd təsərrüfatı yarmarkalarında da yerli epidemiologiya mərkəzlərinin nümayəndələri fəaliyyət göstərəcək. Onlar yarmarka zamanı ətrafdakı epidemioloji və sanitar qaydalara necə əməl olunmasına nəzarət edəcəklər”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info