Əkin sahələrindən 2,8 milyon tondan çox məhsul yığılıb
Tarix: 17.08.2016 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Respublikanın kənd təsərrüfatında avqustun 1-dək payızlıq, yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 98,2 faizi (944,2 min hektarı) biçilib. Həmin sahələrdən 2 milyon 802,1 min ton məhsul götürülüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hər hektardan orta hesabla 29,7 sentner məhsul əldə edilib. Bundan əlavə, 3,6 min hektar qarğıdalı sahəsindən 13,9 min ton məhsul götürülüb. Yığım başlanandan sahələrdən 577,2 min ton kartof, 732,7 min ton tərəvəz, 343,2 min ton bostan məhsulları, 180,1 min ton meyvə və giləmeyvə, 3522 ton üzüm, 608,1 ton yaşıl çay yarpağı, 1616 ton günəbaxan, 2057 ton tütün yığılıb. Bu dövrdə 263,6 min ton, yaxud 2015-ci ilin yanvar-iyul aylarına nisbətən 2,6 faiz çox diri çəkidə ət, 1 milyon 168,8 min ton (2,1 faiz çox) süd, 947,8 milyon ədəd (5,5 faiz çox) yumurta, 15,9 min ton (1,6 faiz çox) yun istehsal olunub. Bundan başqa, ölkə üzrə 70,7 ton barama istehsal edilib.
Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatı məhsulları 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,5 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Prezident “ADEX-2018” Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info