Astarada çəltik yığımına başlanılıb
Tarix: 17.08.2016 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Astara rayonunda çəltik yığımına başlanılıb. Biçin kampaniyasına kifayət qədər kombayn və canlı qüvvə cəlb olunub. Çəltik sahələrinə düzgün aqrotexniki qulluq və havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsir göstərib.
Ötən il rayonun çəltik sahələrinin hər hektarından 39 sentner məhsul götürülmüşdüsə, cari ildə bu rəqəm 50 sentner təşkil edir. Keçən il 65 hektar sahədə çəltik əkini aparan məhsul istehsalçıları bu il sahələri iki dəfə genişləndirərək 132 hektara çatdırıblar.
Builki əkin mövsümündə də çəltik əkini əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan kəndlərindəki təsərrüfatları əhatə edib.
Çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları daha çox “Haşımı”, “Sədri”, “Daştəsə”, “Şabani”, “Həsəni” kimi ənənəvi toxum növlərinə üstünlük veriblər.
Fermer Mehman Quliyev bildirib ki, bu il çəltik sahələrində məhsuldarlıq yaxşıdır. Hər hektar çəltik sahəsində 70 sentner məhsul yığılır.
Biçinə kifayət qədər texnika cəlb olunsa da, sahələr hələ tam qurumadığından kombaynçıların işi bir qədər çətinləşib.
Məhsul istehsalçılarının bu il toxumu İrandan baha qiymətə gətirdikləri üçün yerli düyünün qiymətinin bir qədər artacağı istisna edilmir. Hazırda isə Astara düyüsünün bir kiloqramının qiyməti 3-4 manatdır.
Qeyd edək ki, ötən il Astara rayonunda 254 ton düyü istehsal olunub. Cari ildə bu rəqəmin 700 tona çatdırılması nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info