Türkiyədə Baş Qərargah rəisini prezident təyin edəcək
Tarix: 17.08.2016 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qanun hökmündə iki qərarnamə qəbul edilib. “Resmi Qazete”nin verdiyi məlumata görə, qərarnamələrə əsasən, bundan sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini Nazirlər Kabinetinin təklifi ilə Türkiyə prezidenti təyin edəcək.  
 
Qərarnamələrdə Telekommunikasiya Rabitə Nazirliyinin bağlanması, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi olan və Daxili İşlər və Xarici İşlər nazirlikləri, Türkiyə Silahlı Qüvvələri və dövlət qulluğundan xaric edilənlərin yeni siyahısı yer alıb. Polis orqanlarından 2 min 360 nəfər, Türkiyə Silahlı Qüvvələrindən aralarında polkovniklər də olmaqla, 136 nəfər xaric edilib. FETÖ ilə bağlı olan 2 min 692 nəfər dövlət qulluğundan uzaqlaşdırılıb. Əvvəllər Türkiyə Silahlı Qüvvələrindən uzaqlaşdırılmış pilotların geri dönməsinin də yolu açılıb.
 
Yeni qərarnamədə məhkumlarla bağlı da maddə yer alıb. Maddəyə əsasən, 38 min nəfərin məhbusun şərti azadlığa buraxılması nəzərdə tutulur.


Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info