AMEA-nın tərkibində gənclərlə bağlı yeni qurumlar yaradılacaq
Tarix: 14.03.2013 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası yanında İnstitut Direktorlarının Şurası və Gənclər Bürosunun yaradılması təklif edilib. Bu təklifi Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alimlər şuralarının sədrləri ilə görüşündə AMEA prezident əvəzi Akif Əlizadə səsləndirib.
Onun sözlərinə görə, Direktor Şurasının yaradılması institutların bir qədər də aktivləşməsinə şərait yaradar: "İnstitut direktorları hamısı həmişə Rəyasət Heyətinin iclaslarında iştirak edə bilmirlər. Direktorlar Şurası olarsa, AMEA-nın daxili problemlərini daha ətraflı müzakirə etmək olar. Beləliklə, ölkənin fundamental elmi problemlərinə diqqət daha da artar". O hesab edir ki, AMEA-da gənclərlə bağlı xüsusi qurum yaradılarsa, gənclərin problemləri daim diqqətdə olar. Bu yeni qurumların yaradılmasının əsas məqsədi isə Azərbaycan elminin prioritet istiqamətlərinə elmi dəstək verməkdir. Akif Əlizadə qeyd edib ki, AMEA Avropada təhsillərini davam etdirmələrinə yardım göstərmək məqsədilə istedadlı gənclərin siyahısını hazırlayacaq.
Onun sözlərinə görə, bəzən elmlər namizədləri münasib avadanlıqlar olmadığından öz elmi işlərini davam etdirməkdə çətinlik çəkirlər. Buna görə də hələ 2008-ci ildə elmlər namizədi olan şəxslərin doktorluq dissertasiyalarının Avropada hazırlanması təklif edilib. Bu təşəbbüs qəbul edildiyi üçün bir neçə gənc alim doktorluq dissertasiyası hazırlamaq məqsədilə Avropaya göndərildi. Onların 6-7 nəfəri artıq doktorluq işinin müdafiəsi ərəfəsindədir. A.Əlizadə bildirib ki, lakin sonradan bu məsələ davam etdirilmədi. O qeyd edib ki, AMEA-da bu iş yenidən davam etdiriləcək. Bunun üçün dövlət tərəfindən lazımi məbləğdə maliyyə vəsaiti ayrılacaq. Onun sözlərinə görə, Azərbaycanda gənc alimlərə böyük ehtiyac var. Hazırda AMEA üzvlərinin orta yaşı 60-70-ə çatıb. O deyib ki, AMEA-nın institutlarında tələbələr də çalışmalıdırlar: “Bu gün gənc alimlərin ingilis dilini bilməsi də lazımdır: Çünki bu gün xarici dil bilmədən elmlə məşğul olmaq olmaz. Lakin bu gün ölkədəki gənclərin bir hissəsi nəinki ingilis dilini, hətta rus dilini də bilmir. Sözsüz ki, dövlət dilini bilmək vacibdir. Ancaq bu gün humanitar sahədə olmasa da, təbiət, texniki sahələr üzrə ədəbiyyatların çoxu rus dilindədir. Həmin ədəbiyyatları oxuya bilməyən adam nə edə bilər?". O, gənc alimlərin problemləri ilə yaxından tanış olmağa, bu məqsədlə gənclərin hər birini qəbul etməyə hazır olduğunu da bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info