BANM-də ABB şirkətinin Təlim Mərkəzi yaradılacaq
Tarix: 17.08.2016 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın ABB Ltd şirkətinin neft, qaz və kimyəvi maddələr üzrə marketinq meneceri Vil Leonard və ABB Azərbaycan şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində (BANM) olub və ali məktəbin rektoru Elmar Qasımovla görüşüb.
Görüşdə rektor Elmar Qasımov qonaqlara BANM-in fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətləri və yeni kampusu haqqında məlumat verib. O, BANM-də ölkənin ən top tələbələrinin təhsil aldığını qeyd edərək, 2016/2017-ci tədris ili üçün keçirilən 1-ci ixtisas qrupları üzrə qəbul imtahanında üç 700 bal toplayan abituriyentin ali məktəbi seçdiklərini deyib. E.Qasımov BANM-in yeni kampusunda aparılan tamamlama işləri haqqında məlumat verib. Rektor qarşı tərəflə kampusda yaradılan və ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzində aparılan tamamlama işlərinin gedişatını müzakirə edib və kampusun açılışına qədər Təlim Mərkəzin istifadəyə veriləcəyini qeyd edib.
Böyük Britaniyanın ABB Ltd şirkətinin neft, qaz və kimyəvi maddələr üzrə marketinq meneceri Vil Leonard təmsil etdiyi şirkət adından BANM-lə əməkdaşlıq etməkdən məmnunluğunu bildirərək bundan sonra da əməkdaşlığın yüksələn xətt üzrə inkişaf edəcəyindən əminliyi ifadə edib. O, gələcəkdə BANM-in kampusunda yaradılan Təlim Mərkəzində tələbələr və müəllimlər üçün ABB şirkətinin texnologiyalarının tətbiqi əsasında təlimlərin keçirilməsi və tədqiqatların aparılması imkanının olacağını bildirib. Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın digər istiqamətləri və perspektivləri müzakirə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info