“Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili“ mövzusunda seminar-müşavirə olub 
Tarix: 17.08.2016 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


İsmayıllı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ``Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili`` mövzusunda seminar-müşavirə keçirilib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, dini icma sədrləri, rayon ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev İsmayıllıda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verərək ölkəmizdə mövcud olan tolerantlıq mühitindən və eləcə də ölkə rəhbərliyinin dindarlara qayğısından bəhs edib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycandakı mövcud dini durum, dövlətin bu sahəyə qayğısı, ölkəmizdə radikalizm meyillərinin yaranmasının səbəbləri, bu meyillərin yayılmasında maraqlı olan qüvvələr haqqında məlumat verib. Səyyad Salahlı eyni zamanda, ölkəmizdə dini ekstremizmə qarşı keçirilən çoxşaxəli maarifləndirmə tədbirləri barədə iştirakçıları məlumatlandırıb, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı, koordinasiyalı fəaliyyətin, məlumat mübadiləsinin daha da gücləndirilməsinin, bu sahədə dini icma rəhbərlərinin üzərinə düşən işin önəmini vurğulayıb. O, ölkəmizin sahib olduğu əmin-amanlıq şəraitini qorumaq üçün milli-mənəvi dəyərlərimizə sahib çıxmağın və radikal dini düşüncələrə qarşı ideoloji mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb.
Daha sonra QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov dövlət rəhbərliyinə dindarlara göstərdiyi qayğı üçün təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info