Qazaxda yeni kənd təsərrüfatı müəssisələri yaradılacaq
Tarix: 17.08.2016 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Qazax rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq, “Kənd təsərrüfatının vəziyyəti: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib. Məruzədə respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatlar, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi barədə məlumat verilib. Qeyd olunub ki, qarşıda duran əsas məqsəd rayonda yeni kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal gücündən səmərəli istifadə etmək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalını genişləndirmək və məhsuldarlığı artırmaqdır.
Bildirilib ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına nail olunub. Lakin mövcud imkanlardan tam istifadə edilmir. Əgər real imkanlardan düzgün və aqrotexniki qaydada istifadə olunarsa, o zaman rayonda məhsul istehsalı daha çox artar. Qazax kənd təsərrüfatı rayonu kimi öz keçmiş şöhrətini geri qaytara bilər. Bu vəzifələrin həyata keçirilməsi üçün mövcud çatışmazlıqlar və problemlər aradan qaldırılmalı, bu istiqamətdə əməli addımlar atılmalıdır. Belə olan halda kəndli bazara daha keyfiyyətli məhsullar çıxarar və son nəticədə kənd təsərrüfatından əldə edilən gəlir əhəmiyyətli dərəcədə artar.
Məruzə ətrafında çıxışlarda kənd təsərrüfatı məhsulları istehsalının artırılması yollarından, buna nail olmaq üçün görüləcək işlərdən danışılıb.
Sonra müşavirə diskussiya şəraitində davam etdirilib. Sahibkarların, fermerlərin və rayon sakinlərinin sualları və təklifləri cavablandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info