454 nəfər əlilliyi olan şəxsin məşğulluğu təmin edildi
Tarix: 17.08.2016 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən əlilliyi olan şəxslərin məşğulluğunun təminatı diqqətdə saxlanılır.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu istiqamətdə aktiv məşğulluq tədbirlərinin davamı kimi, cari ilin yanvar-iyul aylarında Xidmətin xətti ilə 454 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib.Həmin vətəndaşlardan 155 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün idarə, müəssisə və təşkilatlarda müəyyən olunmuş kvota üzrə iş yerlərində işlə təmin olunublar.
Nazirlər Kabinetinin "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"na əsasən, kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə müəyyən edilir. Belə ki, işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi, işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə 4 faizi, işçilərinin sayı 100-dən çox olan müəssisələrdə isə 5 faizi miqdarında kvota yeri ayrılır.
Ümumilikdə bu il ərzində respublikanın rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün ümumilikdə 665 müəssisədə 2 minə yaxın kvota üzrə iş yeri müəyyən olunub. Onlardan 50 faizə yaxını məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub.




Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info