“SOCAR Trading” ötən il 22 milyon ton Azərbaycan neftinin satışını həyata keçirib
Tarix: 17.08.2016 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading” şirkətinin 2015-ci il üzrə gəlirləri 22,7 milyard ABŞ dolları təşkil edib. Bu barədə “SOCAR Trading”in statistik hesabatında deyilir. Şirkət keçən il ümumilikdə 47 milyon ton Azərbaycanın xam neftinin, o cümlədən də üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirib. Həmin həcmin 22 milyon tonu Azərbaycanın xam nefti, 25 milyon tonu isə üçüncü tərəfin neft və neft məhsulları olub.
“SOCAR Trading” ötən il 15 milyon ton həcmində yüngül, orta və ağır distillatların satışını həyata keçirib. Yüngül distillatlar benzin, nafta, mayeləşdirilmiş neft qazı (LPG) və kondensat, orta distillatlar qazoyl, ultra aşağı kükürdlü dizel, ağır distillatlar isə yanacaq mazutu təşkil edib. 2015-ci ildə satılan yüngül distillatlar ümumi həcmin 61 faizini, ağır distillatlar 25 faizini, orta distillatlar isə 14 faizini formalaşdırıb.
Qeyd edək ki, mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub. SOCAR–ın İsveçrədəki fəaliyyəti “SOCAR Trading” tərəfindən həyata keçirilir və şirkət bu ölkədə neft məhsullarının satışı bazarında fəal iştirak edir. “SOCAR Trading” İsveçrədə 48 yanacaqdoldurma məntəqəsinə (YDM) sahibdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info