Son 30 ildə kişilərin fiziki göstəriciləri aşağı düşüb
Tarix: 17.08.2016 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Şimali Karolina ştatının Vinston-Salema Universitetinin alimləri tərəfindən aparılan tədqiqatlar nəticəsində son 30 ildə kişilərin fiziki göstəricilərinin aşağı düşdüyü müəyyən edilib. Araşdırmalar yeni nəsil kişilərin güc və sağlamlıq baxımından 30 il əvvəlki həmyaşıdlarına məğlub olduqlarını göstərib. Güclü cinsin 20-34 yaşlı nümayəndələri arasında aparılan araşdırmalarda onların güc göstəriciləri yoxlanılıb. Məlum olub ki, müasir kişilər 30 il əvvəlki yaşıdlarından 12 kiloqram zəifdirlər. Bundan əlavə, tədqiqat iştirakçılarında əvvəllər daha yaşlı nəslə aid olan bir sıra xəstəliklər, o cümlədən ürək və əsəblə bağlı problemlər müəyyən edilib. Tədqiqatın rəhbəri doktor Elizbet Fainin sözlərinə görə, bu dəyişiklik ilk növbədə müasir kişilərin həyat tərzi ilə bağlıdır. Buna misal kimi iş yerlərində əl əməyinin azalması, istifadə olunan kimyəvi elementlər göstərilir.
Alimlər tədqiqatların nəticələrinin yalnız fiziki gösəricilərə aid olduğunu, ruh və xarakter zəifliyinə heç bir aidiyyəti olmadığını vurğulayıblar. Bundan əlavə, mütəxəssislər vəziyyətin əsasən dəyişə biləcəyini də qeyd ediblər. Misal üçün, bildirilir ki, iş saatlarından sonra idmanla məşğul olaraq buna nail olmaq mümkündür.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Həkim arıqlamağa kömək edən sirri açdl
21.10.2019
Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir
20.10.2019
Qurdları tökən salat resept
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info