Dino Nidlovu rəsmən “Qarabağ”da
Tarix: 17.08.2016 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


2016-2017-ci il mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi bağlanmamış Ağdamın “Qarabağ” futbol klubu gözlənilən transferi reallaşdırıb. Hücum mövqeyinə transfer etməyi planlaşdıran klub uzun müddət davam edən prosesi uğurla tamamlayıb. “Qarabağ” Cənubi Afrika Respublikasının millisinin üzvü olan, ötən mövsüm Kipr çempionatında “Anartosis”in heyətində 16 qolla ən məhsuldar ikinci futbolçu olmuş Dino Nidlovunun keçidini rəsmiləşdirib. İyirmi altı yaşlı forvard karyerası ərzində ölkəsindən başqa İsrail çempionatında da top qovub. Son mövsüm “Anartosis”in heyətində ulduzu parlayan forvard bombardirliyi ilə yadda qalıb. Afrikalı hücumçu ilə ikiillik müqavilə imzalanıb. Dino bildirib ki, “Qarabağ”a gəlməmişdən əvvəl də bu komanda haqda məlumatı olub: “Ona görə də, təklif gələndə elə də götür-qoy etməyə ehtiyac olmadı. Bura gəlməyim karyeramda yeni səhifədir. Çalışacağam ki, “Qarabağ”da öz oyunumla komandaya fayda verim. Bu transfer mənim üçün irəli atılmış addımdır”. Qeyd edək ki, futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubunun İsveçin “Höteborq” komandası ilə səfər matçının hakim təyinatları açıqlanıb. Görüşü polşalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Pavel Raçkovski olacaq. Ona həmyerliləri Radoslav Sieyka və Mixal Obişoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tomas Kviatkovski yerinə yetirəcək. Hakimlərin işinə uelsli Treflor Lloyd Hyus qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə hollandiyalı Yap Uilenburq olacaq. Qeyd edək ki, avqustun 18-də “Qamla Ullevi” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info