Sahibkarları yersiz yoxlamalara son qoyulacaq
Tarix: 14.03.2013 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


Bununla bağlı yeni qanun layihəsi hazırlanır

Sahibkarlığın inkişafı və yersiz yoxlamalardan azad olunması istiqamətində dövlət tədbirləri davam etdirilir. Bu baxımdan qanunvericilikdə müvafiq islahatların aparılması da olduqca önəmlidir.
Ona görə də ölkədə sahibkarları yersiz yoxlamalar və müdaxilələrdən qorumaq, yoxlayıcı orqanlar tərəfindən həyata keçirilən planlı və plandankənar yoxlamaların sahibkarların normal fəaliyyətinə mane olmaması üçün yeni qanun qəbul olunması gözlənilir. Bu barədə Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və Dövlət quruculuğu komitələrinin birgə keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı.
Qanun layihəsində sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və məhz bu bölğünün nəticəsindən asılı olaraq yoxlamaların aparılması tezliyi müəyyən edilir.
Qanun layihəsinə əsasən, yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupuna aid sahibkarlara isə üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Yoxlamaların elektron uçotu aparılmalıdır.
Plandankənar (növbədənkənar) yoxlamalar yeni qanun layihəsinə görə yoxlayıcı orqanın istəyi ilə yox, məhz konkret qanunun tələb etdiyi hallarda keçirilə biləcək. Bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərar yerinə yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icra vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda və konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilə bilər.
Yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaların sahibkarın xeyrinə şərh edilməsi tələbi qanun layihəsinin özəlliklərindən biridir. Qanun layihəsində sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız ən son zərurət tədbiri kimi baxılır.
Bundan başqa, qanun layihəsində yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi üşün konkret mexanizmlər göstərilir və yoxlayıcı orqanların məsulliyyəti məsələləri də öz əksini tapır. Belə ki, qanun layihəsində göstərilir ki, istənilən sahibkar yoxlamanın nəticələrindən narazı qaldıqda yuxarı orqanlara və ya məhkəməyə müraciət edə bilər. Yoxlamalar keçirilərkən, yoxlayıcı orqanların qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkara vurulmuş zərərə görə müvafiq yoxlayıcı orqan mülki, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır.
Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda sahibkarların inkişafı sahəsində bir sıra zəruri tədbirlərin və islahatların həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışdı. Məsələn, Prezident bildirmişdi ki, sahibkarlara yaradılan süni maneələrə son qoyulmalıdır. Prezident xüsusi olaraq tapşırmışdı ki, sahibkarlıqda mövcud olan bəzi problemlərlə yanaşı, bu sahəyə edilən yersiz müdaxilələr də yığışdırılmalıdır. Bu cür müdaxilələr qeyri-qanuni yoxlamalar, daha çox yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdi. Həm buna, həm də bir sıra hallarda sahibkarlardan qeyri-rəsmi ödənişlər tələb edilməsi kimi hallara qarşı Prezident barışmaz mövqeyini ortaya qoydu. Bununla bağlı müvafiq qurumlara ciddi tapşırıqlar verilib. Həmçinin sahibkarlara bu sahədə olan maneələrin aradan qaldırılması, yersiz müdaxilə və yoxlamalara son qoyulmasının qarşısının alınması üçün qanunvericilikdə də islahatların aparılması vacib sayılırdı. Bu baxımdan sözügedən sahədə yeni qanun qəbul olunması ölkə rəhbərinin, dövlətin bu məsələdə prinsipial siyasət yürütdüyünü və sahibkarların yanında olduğunu ortaya qoymuş olur. Bu baxımdan yeni qanuni bazanın formalaşdırılması nəticəsində sahibkarlığa yersiz müdaxilələrə və yersiz yoxlamalara son veriləcəyini düşünmək olar.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info