Rusiya yığması Pekin Olimpiadasındakı qızıl medaldan məhrum edilib
Tarix: 17.08.2016 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın yüngül atletika üzrə yığma komandasını 2008-ci il Pekin Olimpiadasında qazandığı qızıl medaldan məhrum edib. TASS agentliyi xəbər verir ki, buna həmin Olimpiadada 4x100 metr məsafəyə qaçış yarışında mübarizə aparan Yuliya Çermoşanskayanın dopinq-testinin nəticələri səbəb olub. Həmin yarışda Y.Çermoşanskaya ilə birlikdə Yevgeniya Polyakova, Aleksandra Fedoriva və Yuliya Quşina da çıxış ediblər. Rusiyanın 4x100 metr məsafəyə qaçış üzrə yığma komandası rəsmi olaraq diskvalifikasiya edilib. Həmin vaxt sonrakı yerləri Belçika, Nigeriya və Braziliya komandaları tutmuşdular. Rusiya Olimpiya Komitəsindən qızıl medalları qısa vaxtda geri qaytarmaq tələb olunur. Qeyd edək ki, Pekin Olimpiadasında Rusiya idmançıları ümumilikdə 73 medal (23 qızıl, 21 gümüş və 29 bürünc) qazanmışdılar.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info