Rusiya İranda hərbi baza yaradır?
Tarix: 18.08.2016 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Ali Şamxani: “Tehran terrorçulara qarşı mübarizə aparmaq üçün Rusiyaya infrastruktur və hava məkanından istifadə etməyə razılıq verib”

Suriya ərazisindəki “İŞİD” terrorçularına qarşı mübarizə aparan Rusiya təyyarələrinin İran ərazisindən havaya qalxması bu ölkədə Rusiyanın hərbi bazasının yerləşdirilməsi barədə geniş müzakirə yaradıb. İran parlamentinin spikeri Əli Laricani “Tasnim” xəbər agentliyinə verdiyi açıqlamada bu xəbərlərin heç bir əsası olmadığını deyib.
Qeyd edək ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Xişmatulla Falaxatpişe ölkə parlamentinin yığıncağında Rusiya hərbi bazasının İran ərazisində - Həmədanda yerləşdirilməsini ölkə konstitusiyasına zidd hal kimi dəyərləndirib. Parlamentin spikeri Əli Laricani onun iradına cavab olaraq bildirib ki, İran ərazisində Rusiya hərbi bazası yerləşdirilməyib. Amma Laricani İranın regional məsələlər üzrə Rusiya ilə əməkdaşlıq etdiyini bəyan edib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ali Şamxani də Tehranın Suriyadakı terrorçulara qarşı mübarizə aparmaq üçün Rusiyaya infrastruktur və hava məkanından istifadə etməyə razılıq verdiyini etiraf edib.

Konstantin Kosaçev:
“Rusiyanın Həmədandakı hərbi bazasından istifadə etməsi BMT Təhlükəsizlik Şurasının qərarına uyğundur”


Qeyd edək ki, İran Suriya münaqişəsinin ilk günündən Suriya prezidenti Bəşər Əsəd hökumətinə dəstək olub və elə bu istiqamətdə də bu ölkənin Rusiya ilə maraqları üst-üstə düşür. ABŞ Dövlət Departamenti Mark Toner bildirib ki, Rusiyanın İranın “Həmədan” aviabazasından istifadə etməsi Vaşinqtonu təəssüfləndirir, lakin təəccübləndirmir. Tonerin sözlərinə görə, Rusiyanın İranın aviabazasından istifadə etməsi heç də o demək deyil ki, Vaşinqton Suriyada terrorçularla mübarizədə Moskva ilə razılaşmaya nail ola bilməyəcək. Toner əlavə edib ki, ABŞ hazırda Rusiya təyyarələrinin “Həmədan” aviabazasında yerləşdirilməsinin BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olub-olmamasını araşdırır. Toner, bundan başqa qeyd edib ki, terrorçularla mübarizə məsələsində koordinasiyaya dair ABŞ və Rusiya arasında hələlik əməkdaşlığa nail olunmayıb. Onun sözlərinə görə, Rusiya mötədil müxalifət qüvvələrinə zərbələr endirməkdə davam edir. Rusiyanın Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev də Rusiyanın Həmədandakı hərbi bazasından istifadə etməsini BMT-nin Təhlükəsizlik Şurasının qərarına uyğun olduğunu bəyan edib. Kosaçev bildirib ki, Rusiya İrana hərbi təyyarə satmır. O, qeyd edib ki, Rusiyanın Həmədandakı hərbi bazadan istifadəsinin ABŞ-da qıcıq oyatması bir daha bu ölkənin regiondakı problemləri həll etmək üçün yox, öz maraqlarını həyata keçirməyə çalışdığını göstərir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info