6 illik fasilədən sonra İran Xəzəryanı ölkələrlə neft mübadiləsinə başlayacaq
Tarix: 18.08.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


İran tezliklə Xəzəryanı ölkələrlə neft (swap) mübadiləsinə başlayacaq. APA-nın məlumatına görə, bunu İranın Şimal bölgəsi üzrə neft terminallarının sədri Həmidrza Şahdust deyib.
Onun sözlərinə görə, İran Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanla neft (swap) mübadiləsi etməyə hazırlaşır: “Hazırda Xəzəryanı ölkələrin neft tankerlərinin sahilə yan alması üçün lazımi hazırlıq işləri görülür və tezliklə neft mübadiləsinə başlanılacaq”. O deyib ki, Azərbaycan, Rusiya və Türkmənistanla neft mübadiləsinə dair müzakirələr aparılıb, lakin Qazaxıstanla danışıqlarda razılıq əldə olunub: “Neft mübadiləsi İran üçün gəlir gətirir, həm də siyasi əhəmiyyətə malikdir. Neft mübadiləsi ilə həm şimal qonşularımızın xam nefti İran vasitəsi ilə cənubda təhvil verilir, həm də İranın şimal bölgəsinin neftə olan ehtiyacları təmin olunur.” H.Şahdust bildirib ki, hazırda neft mübadiləsi üçün 3 yanalma körpüsü hazırlanıb. “Kompleks plana əsasən, bu yanalma körpülərin sayı 17-yə çatdırılmalıdır. Bu zaman neft mübadiləsinin həcmi 120 min bareldən 1,5 milyon barelə kimi artacaq”, - deyə o vurğulayıb. Qeyd edək ki, İranın Xəzəryanı ölkələrlə neft mübadiləsi 2010-cu ildə dayandırılıb.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Tramp Qolan yüksəlikləri üzərində İsrailin suverenliyini rəsmi olaraq tanıyacaq
25.03.2019
Paşinyan və komandası Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq
25.03.2019
Vuçiç: Serbiya NATO üzvü olmaq istəmir
24.03.2019
Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
23.03.2019
İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info