“Dərhal təslim olub üstümdəki qumbaranı polislərə təqdim etdim”
Tarix: 18.08.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Nardaran hadisələrinə görə ittiham olunan Əlibala Vəliyevin etirafları
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əlibala Vəliyev və Cabbar Cabbarov ifadə verib.
Onlar özlərini təqsirli bilmədiklərini deyiblər. Ə. Vəliyev bildirib ki, namazı qurtaran zaman polislərin həyətə daxil olduğunu görüb. Hakim Əlövsət Abbasov onların polis olmasını nədən bildiyini soruşub. Ə. Vəliyev onların qara paltar geyindiklərini, arxa tərəflərinə polis yazıldığını deyib. Ə. Vəliyev ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılana kimi hər hansı işgəncə verilmədiyini də bildirib. Prokurorların suallarını cavablandıran Ə. Vəliyev ev sahibi Əbülfəzin qohumu olduğunu, əvvəllər də o evdə olduğunu deyib. Əlibala Vəliyev ibtidai istintaqa ifadəsində isə ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərib ki, T. Bağırovla məhərrəmlik ayında yaxından tanış olub. Hacı Taleh kəndə gələrək xütbələr oxuyub. Talehlə yaxın tanışlığı həmin ərəfələrdə Əbülfəzin evinə gedib-gələrkən yaranıb. Hadisə baş verən gün Əbülfəzin evinə gedib. Günorta namazı qılınanda birdən hay-küy düşüb, atışma səsləri başlayıb. O, namazı kəsib bayıra çıxıb. Bu zaman polis əməkdaşları onun üstünə gəlib. O, dərhal təslim olub üstündəki qumbaranı polislərə təqdim edib. C. Cabbarov məhkəmə zamanı verdiyi ifadəsində istintaq zamanı işgəncələrə məruz qaldığını iddia edib. Daha sonra prokurorların suallarını cavablandıran C. Cabbarov bildirib ki, əvvəllər də məhkumluq həyatı yaşayıb, hadisə baş verən zaman evdə olan heç kimdə silah olmayıb və onlar kiməsə müqavimət göstərməyiblər. Halbuki C. Cabbarov istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərib ki, Hacı Əbülfəzin evində T. Bağırovun çıxışlarına qulaq asıb. Hadisə baş verən gün namaz vaxtı həmin evdə olub və həyətdən səs-küy eşidib. O, həyətə çıxanda maskalı polis əməkdaşları həyətə daxil olub. O da polislərə tapançadan atəş açıb. Polislər onu, eləcə də digər şəxsləri saxlayıb tərksilah ediblər. Onun üstünə baxış keçirilərkən atəş açdığı həmin tapança aşkar edilib və götürülüb. Daha sonra iclasda vəkil Nemət Kərimli təqsirləndirilən şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində paltarlarının dəyişdirildiyini deyib, həmin paltarların məhkəməyə təqdim edilməsi və təqsirləndirilən şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətində maşından düşürülən zaman olan video görüntülərin təhlükəsizlik kameralarının yaddaşından çıxarılaraq məhkəməyə təqdim edilməsi haqqında vəsatətlər verib. Vəsatətlərə münasibət bildirən prokuror Nəsib Bayramov və Ramin Nağdəliyev birinci vəsatətin əsassız olduğu üçün təmin edilməməsini, digər məsələ ilə bağlı vəkillərin özlərinin sorğu verib idarədən cavab almalarını istəyiblər. Məhkəmə vəsatətləri təmin edib. Proses bu gün davam etdiriləcək.







 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info