“İsgəndər qalası”nda vətənin müdafiəçiləri ilə görüş
Tarix: 18.08.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid İsgəndər Aznaurovun 60 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində “İsgəndər qalası”nın müdafiəçiləri ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, Gədəbəy rayonunda dəniz səviyyəsindən 2300 metr yüksəklikdə, sərt relyef şəraitində təşkil olunan tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə qəhrəmanın xatirə lövhəsi qarşısına gül dəstələri düzülüb. Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani “topçu İsgəndər”in həyat və döyüş yolu barədə ətraflı məlumat verib. Şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası İzzət Rüstəmov isə 1992-1993-cü illərdə qəhrəmanla görüşlərini xatırlayaraq, gənc əsgərlərə unudulmaz xatirələrini bölüşüb. Tədbirdə çıxış edən Gədəbəy rayonunun prokuroru Allahverdi Səfərov Azərbaycan Ordusunun gündən-günə daha da qüdrətləndiyini, dünyanın ən müasir, nizami orduları sırasına yüksəldiyini qeyd edib. General-mayor Gəray Bağırov isə çıxışında bu gün də Azərbaycan əsgərinin ata-babalarının qəhrəmanlıq ənənələrini uğurla davam etdirdiklərini bildirib. Qalanın müdafiəçiləri adından çıxış edən hərbi qulluqçu, çavuş Sakit Həsənov qonaqları əmin edib ki, onlar bundan sonra da vətən, xalq və dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirəcək, İsgəndərin, Məzahirin qanı hopan bu qalanı mərdliklə qoruyacaqlar. Sonda Gəncə Qarnizonu Zabitlər Evinin hazırladığı “Türk oğlu - Azərbaycan Qəhrəmanı” sənədli filmi nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb
15.01.2019
Hava şəraiti kəskin dəyişəcək: temperatur 10 dərəcə enəcək
15.01.2019
Bəzi küçələrdə avtobus dayancaqlarının yeri dəyişdirilib
14.01.2019
Məhkum olunmuş gənclərin peşə hazırlığı işlərinə yardım göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info