Hindistan səfiri: “Tələbələrin hindi dilinə maraq göstərmələri sevindirici haldır”
Tarix: 22.08.2016 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ilə görüşüb.ADU-dan bildiriblər ki, görüşdə D.Yunusov qonağa universitetin tarixi, beynəlxalq əlaqələri, fəaliyyəti haqqında məlumat verib. ADU-nun qabaqcıl ali təhsil müəssisələrindən biri olduğunu deyən D.Yunusov universitetə qəbulun ildən-ilə artdığını diqqətə çatdırıb. Vurğulanıb ki, cari il ADU-da yeddi mindən artıq tələbə təhsil alacaq. ADU-nun əsasən pedaqoji, beynəlxalq və tərcümə sahələrində mütəxəssislər yetişdirdiyini qeyd edən D.Yunusov bu ali təhsil müəssisəsində tədris olunan 22 dil sırasında hindi dilinin də yer aldığını söyləyib. O, universitetdəki Hindistan mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, tələbələrin bu dili böyük maraqla öyrəndiklərini deyib.
Söhbət zamanı S.Rana universitetdə Hindistan mərkəzinin fəaliyyətinin və tələbələrin hindi dilinə maraq göstərmələrinin sevindirici hal olduğunu bildirib. O, Hindistan mərkəzinin daha da inkişaf etməsi üçün hər cür köməklik göstərməyə hazır olduğunu, eyni zamanda, mərkəz üçün lazımi kitabların səfirlik tərəfindən təmin ediləcəyini vurğulayıb.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Səfir ADU-da fəaliyyət göstərən “Açıq kitabxana” ilə də tanış olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info