“SOCAR-ın “Yay Məktəbi” enerji sektoruna marağı artırır”
Tarix: 22.08.2016 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Builki “SOCAR Yay Məktəbi” layihəsində 30 gənc iştirak edir. Bu barədə avqustun 22-də keçirilən “SOCAR Yay Məktəbi-2016”nın açılış mərasimində məlumat verilib. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Yay Məktəbi-2016”nın iştirakçısı olan gəncləri müsabiqənin qalibi olmaları münasibətilə təbrik edib və məktəbin işinə uğurlar arzulayıb.
Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlərdən danışan X.Yusifzadə SOCAR-ın həyata keçirdiyi təhsil proqramları, o cümlədən “SOCAR Yay Məktəbi” proqramının məqsədi barədə məlumat verib.
Bildirib ki, SOCAR 2005-ci ildən təhsildə seçilən istedadlı gəncləri təqaüd proqramlarına cəlb etməyə başlayıb. Hazırda həyata keçirilən Yay Məktəbində də mühazirəçilərin çoxu məhz SOCAR-ın Təqaüd Proqramı çərçivəsində təhsillərini xaricdə başa vurub geri qayıtmış gənclərdir.
Respublikanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu deyən X.Yusifzadə ölkə daxilində, eləcə də xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin enerji sektoruna marağını artırmaq məqsədilə SOCAR-da 2010-cu ildən etibarən ali məktəb tələbələri üçün “Yay Məktəbi” layihəsinə start verildiyini söyləyib.
Məlumat verilib ki, 2012-cü ildən etibarən “Yay məktəbi” layihəsinə tələbələrlə yanaşı SOCAR-ın əməkdaşları da cəlb olunublar.
Bir həftə davam edəcək “SOCAR Yay Məktəbi-2016” layihəsi çərçivəsində iştirakçılar şirkətin müxtəlif istehsalat obyektlərində olacaq, onlar arasında yarışlar və intellektual oyunlar keçiriləcək.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info