“İran azərbaycanlı investorlara otel tikmək üçün xüsusi güzəştlər təqdim edir”
Tarix: 22.08.2016 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


“İran Azərbaycanlı investorlara ölkənin müxtəlif şəhərlərində otel tikmək üçün xüsusi güzəştlər təqdim edir”. 
Bunu APA-nın Tehran müxbirinə açıqlamasında İranın vitse-prezidenti, Mədəni irs, əl işləri və Turizm təşkilatının sədri Məsud Sultanifər deyib.
 
M.Sultanifər deyib ki, hazırda Azərbaycanlı investorlara İranın önəmli və turizm şəhərlərində otel tikmək üçün xüsusi güzəştləri nəzərdə tutan proqram hazırlanır: “Gündəlikdə olan digər proqram Azərbaycan vətəndaşlarının İrana daha rahat və təhlükəsiz səfər etməsi üçün aktiv turizm agentliklərini təşkilatlandırmaqdır. İki ölkə arasında nəqliyyat infrastrukturu inkişaf etdirilir və bu sahədə effektli işlər görülür. Təbriz, Urmiya və Məşhəd Azərbaycanlı turistlərin səfər etdiyi şəhərlərdir. Bu şəhərlərdə onların rifahı üçün tədbirlər görülür. Biz istərdik ki, azərbaycanlı investorlar Azərbaycan vətəndaşlarının daha çox səfər etdiyi şəhərlərdə otellər tiksinlər.”
 
M.Sultanifər əlavə edib ki, iki ölkə arasında tezliklə viza rejimi sadələşdiriləcək: “Belə ki, Azərbaycan İran vətəndaşlarına hava limanlarında 10 avroya viza verəcək.  Ümid edirik tezliklə Azərbaycan İran vətəndaşları üçün viza rejimini ləğv edəcək. Rusiya ilə də viza rejiminin ləğvinə dair müzakirələrimiz davam edir, ümid edirəm ki, yaxın aylarda bunun şahidi olacağıq.”
 
Qeyd edək ki, İranın Mədəni irs, əl işləri və Turizm təşkilatının statistikasına görə, hər il İrana 1 milyondan çox Azərbaycan vətəndaşı səfər edir. Qonşu ölkələr arasında İraq İrana səfər edən turist sayına görə liderlik edir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info