“Əvvəldən “ictimai palata”nın yaranma fəlsəfəsi yanlış olub”
Tarix: 14.03.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər



“Bu qurumla seçkiyə getmək mümkün olmayacaq”


Müxalifət daxilindəki namizədlərin sayı seçki yaxınlaşdıqca daha da artır. Öncədən də dəfələrlə qeyd etmişdik ki, müxaliflər seçki yaxınlaşdıqca siyasi ambisiyalarını ortaya qoyaraq ayrı-ayrılıqda seçkidə namizədliklərini irəli sürəcəklər. Məsələnin anormallığı burdadır ki, nəinki ayrı-ayrı partiya başçıları bu addımı atır, “tutdu qatıq-tutmadı ayran” prinsipi ilə artıq bir təşkilat daxilində bir neçə nəfər namizəd olmaq istəyir.

Bu cür “konqlomerat” qurumlara misal olaraq “ictimai palata”nı göstərmək olar. Qeyd edək ki, hüquq müdafiəçisi, “ictimai palata”nın üzvü Vidadi İsgəndərli də artıq prezidentliyə namizədliyini irəli sürüb. O, bu addımı AXCP, Müsavat və digərləri ilə məsləhətləşmədən, birbaşa özü atıb. Bu da qurum daxilində heç bir anlaşma və konsensus olmadığını göstərir. O, fərdi şəkildə yeni bir təşkilat - “Namus” xalq hərəkatı” yaradacağı fikrini də irəli sürüb ki, bu da “ictimai palata”nın artıq yeni bir quruma “hamilə qaldığını” ortaya qoymuş olur və eyni zamanda seçkidə İsgəndərlinin bu qurumla da ambisiyasını ortaya qoyduğunu və ayrıca namizəd olacağını büruzə verir. V.İsgəndərli özü də etiraf edib: “Ancaq nədənsə müsavatçı və cəbhəçi dostlar namizədliyimə münasibət bildirmədi”. Qeyd edək ki, hətta AXCP-ni təmsil edən Qənimət Zahid V.İsgəndərlini ağır ittihamlara keçib. V.İsgəndərli də bunun qısqanclıqdan irəli gəldiyini bildirib və ona adekvat reaksiya verib. Bu da namizədlik üstündə çoxtərəfli ziddiyyətlərin gücləndiyini göstərir. Həmçinin adıçəkilən tərəflərlə V.İsgəndərlinin toqquşan maraqlarını ortaya qoymuş olur. Bu barədə qəzetimizə fikirlərini bildirənAzərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu belə qeyd etdi: “İctimai palata”da təmsil olunan ayrı-ayrı şəxslərin ambisiyaları ilə partiyaların ambisiyaları və mövqeləri də düz gəlmir. Yəni burada söhbət təkcə AXCP-Müsavat fikir ayrılıqlarından yox, həm də ayrı-ayrı şəxslərin partiyalarla toqquşan maraqlarından gedir. Ona görə də “ictimai palata”da çoxlu sayda namizədlərin ortaya çıxması tam gözləniləndir”.
Göründüyü kimi, “ictimai palata”nın yaranma məqsədlərinin qeyri-sağlam olması və burada formal olaraq bir arada təmsil olunan tərəflərin əslində heç bir konsensusa gələ bilməmələri açıq görünür. Açıq görünür ki, faktiki olaraq hər bir partiya və ya ayrıca şəxs qismində “palata”ya girən şəxs siyasi ambisiyalarını reallaşdırmaq üçün digər tərəflərin mənafelərini hər an tapdalamağa hazırdır. Bu məsələyə münasibətini bildirən Sərdar Cəlaloğlu qeyd edir ki, əvvəlcədən “ictimai palata”nın yaranma fəlsəfəsi və məqsədləri yanlış olub: “Bu qurumun formalaşdırma təməli və nizamnaməsi də düzgün olmayıb. Ona görə də indi bu cür problemlər ortaya çıxır və problemlər seçki yaxınlaşdıqca daha da artacaq”.
Təkcə “İctimai palata”da artıq iki nəfər öz namizədliyini irəli sürüb.
V.İsgəndərli “ictimai palata”nın prezidentliyə namizədliyini irəli sürən ikinci üzvüdür. Bundan əvvəl də Müsavat başqanı İsa Qəmbər namizədliyini rəsmən elan edib. Bundan sonra isə istisna olunmur ki, AXCP sədri Əli Kərimli, eləcə də digərləri ayrılıqda öz namizədliyini irəli sürsünlər. Ən azından Kərimlinin İsa Qəmbərə və digərlərinə namizədlikdə güzəştə getməyəcəyi prosesləri izləyənlərə gün kimi aydındır. Beləliklə, faktiki olaraq “ictimai palata”nın antoqonist mövqelərdən ibarət və qeyri-səmərəsiz, müxalifətin onsuz da cüzi olacaq səs faizini parçalayan bir qurum olduğunu ortaya qoyur. S.Cəlaloğlu dedi ki, burada tərəflərin siyasi maraqları toqquşur, ona görə də bu qurumla seçkiyə getmək mümkün olmayacaq. Bu baxımdan “ictimai palata”nın səmərəsiz olacağı ilə bağlı proqnozlar doğrultdu”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info